t s

» » Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1646 abituriyent iştirak edib

Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1646 abituriyent iştirak edib

8-07-2019, 08:01 Yazar:  Firuzə Baxılıb: 69 Çap et
Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1646 abituriyent iştirak edib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 7-də Bərdə şəhərində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları uğurla başa çatıb.

DİM-in Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanlarda Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan və Laçından olan 1646 abituriyent iştirak edib. Bərdə şəhər 5, 6 və Ağdam 12 nömrəli tam orta məktəblərdə təşkil edilən imtahanlar 11 imtahan rəhbəri və 128 nəzarətçi-müəllim tərəfindən idarə olunub.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun olaraq 3 saat davam edib və vaxtında başa çatıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:23 İyulun 7-də 28 699 abituriyent II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Bu barədə Mediaxeberleri.az-a DİM-dən məlumat verilib. İmtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt,
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
19:29 Ali məktəblərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. Mərkəzdən Mediaxeberleri.az -a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə
10:20 Kolleclərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Mərkəzdən Axar.az-averilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 11-dək internet
14:22 Ali məktəblərə qəbul qaydaları dəyişdi – Yeni tələblər və şərtlər Mediaxeberleri.az-ın məlumatına görə, dəyişikliyə əsasən qəbul imtahanına dair tələblər dəyişib. Beləliklə, müvafiq tədris ili üzrə müsabiqədə iştirak edən abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az