t s

» » Futbol üzrə Amerika kuboku: Brazilya çempion oldu

Futbol üzrə Amerika kuboku: Brazilya çempion oldu

8-07-2019, 07:49 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Futbol üzrə Amerika kuboku: Brazilya çempion oldu
İyulun 7-də Braziliyada keçirilən futbol üzrə Amerika kubokunun final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə Braziliya millisi Peru yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş braziliyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk hesabı Braziliya seçməsi açıb. Matçın 15-ci dəqiqəsində Everton fərqlənib. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Peru hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Xose Paolo dəqiq yerinə yetirib. İlk hissəyə əlavə edilən dəqiqələrdə Braziliyanın oyunçusu Qabriel Jesus komandasını yenidən irəli çıxarıb.

Fasilədən sonra qarşılaşmanın 70-ci dəqiqəsində Braziliya millisinin heyətində fərqlənən Qabriyel Jesus ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib. Buna baxmayaraq Braziliya millisi görüşün 90-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Riçarlison 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub.

Beləliklə, Braziliya yığması tarixində doqquzuncu dəfə Amerika kubokunun qalibi olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
21:20 “Həmrəylik kuboku”-nun final oyunu keçirilib Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsində 3-cü yer uğrunda matç və final oyunu keçirilib. Qazax Olimpiya İdman Kompleksində reallaşan
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
08:56 Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub Futbol üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Mediaxberleri.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə Azərbaycan milli komandası Oman yığmasına 2:1 hesabı ilə qalib gələrək İslamiadanın qızıl medalını qazanıb.
02:00 Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib. Parisdə yerli “PSJ” komandası turnirin favoritlərindən olan “Barselona”nı qəbul edib. Görüşün 13-cü dəqiqəsində Lionel Messinin fərqlənməsinə qapı dirəyi mane olsa da, beş dəqiqə sonra argentinalı ulduzun gözəl

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az