t s

» » Şəhriyar heç-heçə etdi

Şəhriyar heç-heçə etdi

7-07-2019, 10:55 Yazar:  Firuzə Baxılıb: 38 Çap et
Şəhriyar heç-heçə etdiXorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "Grand Chess Tour 2019" seriyasının ikinci mərhələsi çərçivəsində 10-cu turun oyunları keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, Ş.Məmmədyarovun amerikalı Fabiano Karuana ilə görüşü heç-heçə başa çatıb.

Turun digər oyunlarında da bərabərlik qeydə alınıb. Amerikalı Uesli So norveçli dünya çempionu Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri amerikalı Hikaru Nakamura, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand rusiyalı Sergey Karyakin ilə "sülh" bağlayıb.

Beləliklə, 10 turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:52 “ShamkirChess 2019”: IV turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində IV turun görüşləri keçirilib. Azərbaycan şahmatçılarından Teymur Rəcəbov Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Çexiyalı David Navara ilə qarşılaşan Şəhriyar Məmmədyarov da
19:34 Mahir Məmmədov: İnanıram ki, “ShamkirChess”də heç-heçələrin sayı az olacaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib. Açılış mərasimindən öncə Şahmat
23:35 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb. Report-un məlumatına görə, yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı qrossmeyster xallarını 10,5-ə çatdırıb. Onun son turda heç-heçə etdiyi
14:51 Şəhriyar Məmmədyarov ABŞ-da 30 min dollar qazandı ABŞ-ın Seynt Luis şəhərində keçirilən şahmat üzrə beynəlxalq Sinkfild Kuboku turnirinə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, sonuncu – IX turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heç-heçə edib. Norveçli Maqnus Karlsen ABŞ-ı təmsil edən yapon
10:04 Məmmədyarov supertunirə qələbə ilə başladı Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb. Mediaxeberleri.az-ın məlumatına görə, Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib. Hazırda həmyerlimiz turnir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az