t s

» » Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto

Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto

20-02-2015, 14:12 Yazar:  Aygün Baxılıb: 908 Çap et
Lamiyə Quliyeva azadlığa buraxıldı - FotoBu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib.

Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.

Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.

L.Quliyeva bir müddət əvvəl ana olub.

Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto
Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:34 Bu gün Lamiyə Quliyevanın məhkəməsidir Aslanovun ətrafında həlqə daralır “Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun həbsi prosesinə ciddi hazırlıq gedir. Redaksiyamıza daxil olan məlumata görə, prosesin ləng getməsi sabiq nazir müavininin hakimiyyətdəki dayaqlarının dəstəyinin nəticəsidir. Qaynağımız qeyd edir ki, A.Aslanovun əsas
22:12 Kürdəxanı təcridxanasında həbslər başladı - “Lamiyə olayı”na görə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, həbs olunmuş məhkumlar Lamiyə Quliyeva və Vüqar Əliyevin işi ətrafındakı müəammalar artmaqdadır. Lamiyə Quliyevanın ANS-ə son açıqlaması isə onunla bağlı müəmmaları nəinki aydınlığa qovuşdurdu, əksinə,
19:06 Lamiyənin ata evi satışa çıxarıldı Həbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb. Mediaxeberleri.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin
11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı
11:15 Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm “Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”. Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az