t s

» » İlham Əliyev: "Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir"

İlham Əliyev: "Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir"

6-07-2019, 08:00 Yazar:  Firuzə Baxılıb: 54 Çap et
İlham Əliyev: "Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir"
"Pirallahı rayonunda doğrudan da işlər sürətlə gedir. Quruculuq işləri geniş vüsət almışdır. İş yerlərinin yaradılması istiqamətində də işlər aparılır. Qeyd etdiyiniz kimi, bir müddət bundan əvvəl şpris zavodu istifadəyə verildi”.

Bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcburi köçkünlərlə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, digər böyük dərman preparatları zavodunun tikintisi gedir və bu zavodun fəaliyyəti nəticəsində yenə də iş yerlərinin yaradılması nəzərdə tutulur:

"Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir.

Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:49 ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-ci İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ AĞSTAFADA ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ Bu gün Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi tamam olur. Hər il ölkəmzin hər bir guşəsində bu gün Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. O, cümlədən Ulu Öndərimizin 96 illiyi Ağstafada da böyük izdihamla qeyd olundu.
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az