t s

» » "Münaqişə sülh yolu ilə o halda "həll oluna" bilər ki, Azərbaycan Qarabağdan imtina etsin" - Deputatdan ilginc açıqlamalar

"Münaqişə sülh yolu ilə o halda "həll oluna" bilər ki, Azərbaycan Qarabağdan imtina etsin" - Deputatdan ilginc açıqlamalar

5-07-2019, 10:28 Yazar:  Firuzə Baxılıb: 96 Çap et
"Münaqişə sülh yolu ilə o halda "həll oluna" bilər ki, Azərbaycan Qarabağdan imtina etsin" - Deputatdan ilginc açıqlamalarBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Redaktor.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Qarabağ istiqamətində son vəziyyəti və danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Mən əvvəllər də söyləmişəm, yenə də təkrar edirəm: Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur. Sülh yolu ilə o halda həll oluna bilər ki, Azərbaycan Qarabağdan imtina etsin. Bu da təbii ki, mümkün deyil... Ona görə də hər zaman xüsusi vurğulayıram ki, biz bu problemi həll etmək üçün ilk olaraq Rusiya ilə danışmalıyıq. Biz hamılıqla deyirik ki, Ermənistan müstəqil dövlət deyil, forpostdur və asılı dövlətdir. Asılı dövlətin başçısı müstəqil qərar qəbul edə bilməz. Buna görə də biz Rusiya ilə anlaşmalıyıq. Amma bunu etsək belə, bu problemi hazırda müharibəsiz həll etmək mümkünsüzdür. Çünki buna erməni xalqı imkan verməyəcək. Bu problemi ədalətli həll etmək istəyiriksə, mütləq müharibə yolu ilə ən azından Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməliyik. Bununla erməni xalqını sülhə məcbur edə bilərik. Bundan sonra isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan ermənilərin də burada yaşaması mümkündür.

- Müharibə variantı gündəmə gələrsə, rəsmi Bakı beynəlxalq qüvvələrin təzyiqini neytrallaşdıra biləcəkmi?

- Əvvəla deyim ki, risk hər zaman var. Yəni hansısa böyük nəticələrə nail olmaq üçün istər şəxsi həyatda, istər böyük siyasətdə, istərsə də dövlətlərarası münasibətlərdə mütləq risklər olmalıdır. Risk olmadan böyük uğurlardan söhbət gedə bilməz. İkincisi, mən bu riskləri nəzərə alaraq, Rusiya ilə danışıqlar aparmalı olduğumuzu söyləyirəm. İndiki halda, hətta biz Rusiya ilə anlaşsaq belə, müharibə etməsək Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail ola bilməyəcəyik. Erməni xalqı heç bir hökumət və dövlət başçısına belə bir saziş imzalamağa icazə verməz.

- Bildiyim qədəri ilə sizin müəllifi olduğunuz “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclisin Aparatına təqdim edilib. Qanun layihəsi nə zaman müzakirəyə çıxarılacaq? Orada hansı vacib məqamlar qeyd edilib?

- Belə bir qanun Gürcüstanda, Ukraynada, Moldovada da qəbul olunub. Yəni işğal olunmuş ərazilərin hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Xaricilər işğal altında olan ərazilərə səfərlər edir, ayrı-ayrı dövlətlərin, hüquqi şəxslərin şirkətləri, firmaları, hüquqi şəxsləri həmin ərazilərdə fəaliyyət göstərirlər. Yəni bu ərazilərin hüquqi statusunu müəyyənləşdirməliyik ki, işğal altında olan ərazilərə daxil olanlar hansı məsuliyyət daşıdığını bilsinlər. Digər tərəfdən, Azərbaycan şirkətlərinin onlarla əlaqələr yarada bilib-bilməyəcəyi müəyyənləşdirilməlidir. Bütün bu məsələləri qanunvericiliklə tənzimləmək lazımdır. Keçmiş sovet respublikalarında torpaqları işğal olunmuş digər ölkələr bu qanun layihəsini qəbul ediblər. Bizim hazırladığımız layihədə baza kimi məhz Gürcüstanın qəbul etdiyi qanunu əsas götürmüşük. Qanun layihəsini bundan öncə Milli Məclisə təqdim edəndə təəssüflər olsun ki, bu məsələ hökumət tərəfindən birmənalı qarşılanmadı. Baxmayaraq ki, hətta bəzi iqtidar deputatları da bu qanunu dəstəkləmişdi. Amma parlamentdə iqtidar nümayəndələri çoxluq təşkil etdiyi üçün, onların iradəsi olmadan hər hansı qanun layihəsinin müzakirəyə çıxarılmasından, yaxud qəbul olunmasından söhbət gedə bilməz. Hakim partiyanın deputatları da belə bir qanunun müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab etmədilər. Ona görə də bu qanun komitədə ilişib qaldı.

- Sizcə buna səbəb nə idi? Niyə bu qanun layihəsinin qəbul olunmasını məqsədəuyğun hesab etmədilər?

- Açığı mən bilmirəm. Hətta dediyim kimi, bu qanun layihəsini iqtidar deputatlardan da dəstəkləyənlər var idi. Yəni bunun kimə mane olması, niyə bu qanunu qəbul etmədikləri mənim üçün hələ də anlaşılmaz olaraq qalır.

- Hazırda regionda vəziyyət gərgindir. Gürcüstanda son baş verən prosesləri necə qiymətləndirisiniz? Bu proseslərin arxasında hansısa qüvvələrin durma ehtimalı nə qədərdir?

- Saakaşvili Gürcüstan üçün çox iş görmüşdü, korrupsiyaya qarşı mübarizədə böyük uğurlar qazanmışdı, rüşvətxorluğu yığışdırmışdı, əhalinin sosial vəziyyətini yaxşılaşdırmışdı. İvanişvili hakimiyyətə gələndən sonra bir çox sahələrdə inkişaf yox, geriləmə müşahidə olundu. Bu da sözsüz ki, əhalini narahat etməyə başladı. Sözsüz ki, Gürcüstanda marağı olan böyük güclər də oradakı prosesləri diqqətlə izləyir. İlk əlverişli şərait yaranan kimi orada sabitliyi pozmağa çalışırlar. Gürcüstanda sabitliyin pozulması Azərbaycan üçün də çox arzuolunmayan haldır. Okeanlara çıxış və qardaş Türkiyə ilə komnukasiya xəttlərimiz Gürcüstan üzərindən həyata keçirilir. Ona görə də Azərbaycan istəyir ki, Gürcüstanda sabitlik olsun. Təsadüfi deyil ki, Azərbaycan Gürcüstana ən çox investisiya yatıran iki ölkədən biridir.

Gürcüstanda olan təxribatçı qüvvələr həm Gürcüstanın özündə sabitliyi pozmağa, həm də Gürcüstanla Azərbaycanın münasibətlərini korlamağa çalışırlar. Amma ümid edirəm ki, gürcü iqtidarının və xalqının müdrikliyi çatacaq ki, oradakı proseslərin dağıdıcı yön almasına imkan verməsinlər. Bir fakt ortadadır ki, Gürcüstanda əhalinin sosial vəziyyəti pisləşib. Əhalinin sosial vəziyyəti ağır olanda bəzən ən kiçik hadisə də onlarda qıcıq yaratmağa bəs edir. Yəni insanlara bir çox hallarda səbəbdən çox bəhanə lazım olur.

- Bəs İran böhranının region üçün hansı təhlükələri var? Bu böhran fonunda rəsmi Moskva Qafqazı itirməmək üçün Azərbaycana təzyiqlərini gücləndirəcəkmi? Konkret olaraq, Bakı üçün hansı risklər mövcuddur?

- Gürcüstanda olduğu kimi Azərbaycan İranda da sabitliyin olmasında maraqlıdır. İranda dəyişikliklərin yalnız demokratik proseslər nəticəsində baş verməsi məqsədəuyğundur. Bu ölkədə hər hansı inqilabın olması Azərbaycan üçün arzuolunmazdır. Çünki İranda 30 milyona yaxın soydaşımız yaşayır. Yenə də ümid edirəm ki, İrandakı hakim molla rejiminin müdrikliyi çatacaq ki, aqressiv bəyanatlardan çəkinsin və prosesləri ABŞ-la müharibəyə aparmasınlar. İranda sosial gərginlik var. Bir çox hallarda da hökumətlər bu sosial gərginlikdən əhalinin diqqətini yayındırmaq üçün bəzən siyasi aventüralara əl atırlar, müharibələrə gedirlər. Bu müharibələr zamanı isə siyasi azadlıqlar məhdudlaşdırılır və bundan istifadə edərək represiyalar həyata keçirilir. Eyni zamanda siyasi rəqiblər düşmənə yardım etməkdə ittiham olunaraq, fiziki baxımdan məhv edilir.

İran üçün ABŞ-la toqquşma çox təhlükəlidir. İran regionda bizim kimi ölkələrlə müqayisədə güclü dövlət ola bilər, amma ABŞ-la müqayisədə çox kiçikdir. Yəni İran və ABŞ arasında müharibə olsa, kimin qalib gələcəyi ilə bağlı sual ümumiyyətlə, yoxdur. Hər şey bəllidir. Amma region bu müharibədən böyük ziyan görə bilər, o cümlədən Azərbaycan. Regionda çox böyük humanitar fəlakət yaşanar və çoxlu insanlar Azərbaycana qaçar. Hər halda ümid edək ki, ABŞ Adminstrasiyasındakı soyuq başlar müharibənin başlanmasına imkan verməyəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az