t s

» » Zabil Müqabiloğlunun “Son zəng”i…

Zabil Müqabiloğlunun “Son zəng”i…

5-07-2019, 09:17 Yazar:  Firuzə Baxılıb: 105 Çap et
Zabil Müqabiloğlunun “Son zəng”i…
Bu kitabı istedadlı və elə o qədər də işıqlı, sədaqətli, mərd insan olan Zabil Müqabiloğlunun ruhuna dua kimi oxuyacaqsınız. Ruhu şad olsun deyə....

Bu cümlələr mərhum Jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş "Son zəng" kitabının Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mırasimində səslənib. Kitaba tanınmış ziyalıların, həmkarlarının, dostlarının Zabil Müqabiloğlu haqqında yazdıqları ürə sözləri, eləcə də, jurnalistin öz yazıları daxil edilib.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, kitabın hazırlanmasında və nəşr olunmasında Milli Məclisin deputatı Qənirə Paşayevanın, Mətbuat Şurasının və onun sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun, publisist, şair Umud Rəhimoğlunun, professor Qulu Məhərrəmlinin, tanınmış jurnalist, redaktor Famil Cəfərlinin, eləcə də, bir sıra başqa şəxslərin dəstəyi olub. Zabil Müqabiloğlu haqqında, professor Qulu Məhərrəmli, Əflatun Amaşov,525-ci qəzetin baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Bizim Yol" qəzetinin və bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyev, Yadigar Məmmədli, Rey Kərimoğlu, Jalə Mütəllimova və başqaları təsirli çıxışlar ediblər. Onlar öz qısa ömründə Zabil Müqabiloğlunun maraqlı, mübarizələrlə, yaradıcılıq uğurları ilə, ağrılarla, itkilərlə dolu illər yaşadığını, insanların yaddaşında öz müsbət obrazı ilə qalması haqqında danışıblar.

Tədbirdə Zabil Müqabiloğlu ilə bağlı videoçarx da göstərilib. Mərhum jurnalistin bacısı Sevinc Əliyeva Zabil Müqabiloğlunun xatirəsinə göstərilən hörmətə, kitabın nəşrində göstərdikləri köməyə, təqdimatda iştiraka görə təşəkkürünü bildirib.
Qeyd edək ki, kitab "Qanun" Nəşrlər Evində çapdan çıxıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:26 “Erməni zindanında səkkiz gün” kitabı təqdim olunub İyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, kitabın rus dilində versiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az