t s

» » İlham Əliyev: Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək

İlham Əliyev: Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək

27-06-2019, 00:56 Yazar:  Firuzə Baxılıb: 129 Çap et
İlham Əliyev: Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək
Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək.

AZƏRTAC-ın məlumatına əsasən, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə kursantları və müəllimləri təbrik edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır:

“Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır”.

İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir:

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.

Prezident qeyd edib ki, Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir:

“Əminəm ki, bu inkişaf dayanıqlı olacaq. Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz. Sizi bir daha təbrik edirəm.

Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:09 Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır Ordu hər bir ölkənin, diyarın təhlükəsizliyinin qarantıdır. Təsadüfi deyil ki, hər bir azad, müstəqil dövlət öz ordusunun nüfuzu ilə tanınır. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanda da ordu quruculuğu daim prioritet məsələlərdən olub. Ölkəmizdə güclü, nizami və yüksək döyüş
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:35 Ulu Öndərin anım mərasimlərində izdiham yaşanıb - Qazaxda Bu gün ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur. Azərbaycan xalqının öz dahi oğluna məhəbbət və ehtiramı ildən-ilə daha da artır. Çünki bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:25 Azərbaycan Prezidenti hərbçilərlə görüşüb - YENİLƏNİB Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçi ilə görüşüb. Mediaxeberleri.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az