t s

» » “Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

26-06-2019, 11:01 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 ay ərzində həyata keçirilən “Danışır Xocalı” – sənədli film” layihəsini yekunlaşdırıb.

Layihə çərçivəsində erməni faşistlərinin törətdiyi, bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının canlı şahidlərinin, o cümlədən yerli və xarici ekspertlərin iştirakı ilə irihəcmli “Danışır Xocalı” sənədli filmi çəkilib. İyunun 25-də sənədli filmin Azərbaycan publikası üçün ictimai baxışı təşkil olunub.

Filmin nümayişindən əvvəl çıxış edən “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər layihə haqqında ətraflı danışaraq, belə bir filmin çəkilməsi ideyasının Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək niyyətindən qaynaqlandığını vurğulayıb.

Sənədli filmin ictimai baxışında Milli Məclisin deputatları, QHT və media rəhbərləri, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Film haqqında təəssüratlarını bölüşən deputat Fəzail Ağamalı bildirib ki, xalqımız Xocalı soyqırımından əvvəl də çox müxtəlif faciələrlə üzləşib. O deyib: “Gülüstan və Türkmənçay müqaviləsindən sonra ermənilər torpaqlarımıza yerləşdirildi. Bununla da xalqımızın faciələri başladı. Mənim nəslim dörd dəfə erməni vandalizminin qurbanı olub, qohum-əqrəbamızdan 90-a yaxın şəxs öldürülüb. Xocalı soyqırımı unudula bilməz”.

Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı çıxışında belə mühüm layihələrin davamlı olaraq, həyata keçirilməsinin vacibliyini vurğulayaraq deyib: “Qoynumuzda bəslədiyimiz bəzi millətlər sonradan qanımıza susayıblar. Həqiqətən də, çox aktual və Xocalı soyqırımını dürüst əks etdirən əla film alınıb. Dünyanın böyük gücləri Xocalıda nə baş verdiyini bilirlər, lakin dünya bu gün haqdan deyil, güclüdən yanadır. Belə layihələrin davamlı olması lazımdır”.

“Danışır Xocalı” sənədli filminin məsləhətçisi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat hər bir məsələdə Azərbaycanın yanında olacaqlarını bildirib: “Xocalıdakı qətliamı lənətləyirik. Xocalı insanları mənim gözümdə qəhrəmandır. Çünki onlar silahsız olaraq, dörd il ermənilərlə mübarizə aparıblar. Filmin çəkilişi zamanı əlimizdən gələn bütün dəstəyi verdik. Hər zaman bu işlərə dəstək verməyə davam edəcəyik”.

Soyqırımı zamanı ermənilərin əsir götürdükləri Xocalı sakini Dürdanə Ağayeva isə filmlə bağlı kövrək notlarda danışıb: “Xocalıda əsirlikdə olduğum günlər haqqında kitab yazmışam. Bu filmə baxanda, çox təsirləndim. Özümə sual verirəm ki, axı mənim günahım nə idi? Kaş ki, əsirliyim haqqında yox, Xocalının gözəlliyindən yazardım. Filmi hazırlayıb ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bu filmin Xocalı haqqında həqiqətlərin dünyaya daha uca səslə tanıdılmasına töhfə olduğunu deyib: “Bu gün Azərbaycan Ordusuna, Ramil Səfərova, Mübariz İbrahimova çamur atanlar, ermənilərin halına acıyanlar indi çıxıb Dürdanə Ağayevaya cavab versinlər. Bu gün Azərbaycanda fərqli düşünmək olmaz. Bu filmin hazırlanmasında əməyi keçən hər kəsə minnətdaram”.

Xocalı soyqırımı haqqında kitabın müəllifi olduğunu vurğulayan şairə İradə Əlili çıxışında xalqımızın üzləşdiyi bu faciənin hər zaman diqqət mərkəzində olması üçün gərəkən bütün işlərin görülməsinə çağırıb.

Yekunda çıxış edən “Danışır Xocalı” sənədli filminin layihə rəhbəri Aqil Ələsgər tədbirə qatılanlara təşəkkür edib, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində hər kəsin əlindən gələni etməli olduğunu bildirib: “İdeal bir film hazırladığımızı iddia etməsək də, Xocalı soyqırımı ilə bağlı bir iş görməyə çalışdıq”.

Qeyd edək ki, “Danışır Xocalı” sənədli filminin ingilis dilində ilk nümayişi bu il iyunun 21-də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə təşkil olunan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.AZƏRTAC




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az