t s

» » Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

23-06-2019, 13:00 Yazar:  Firuzə Baxılıb: 98 Çap et
Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyirÖtən gün “Sea Breeze”də keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub. Xalq artisti Emin Ağalarov səhnə öncəsi media nümayəndələrinin suallarını cavablandırıb.

Mediaxeberleri.az xəbər verir ki, Xalq artisti iyulun 25-dən 28-dək baş tutacaq “Jara-2019”un hazırlıqları, möhtəşəm duetlər və rusiyalı ulduzların keçirilməsi planlaşdırılan yaradıcılıq gecələri haqqında danışıb.

Emin gələcəkdə Azərbaycanda “Jara” radiosu, eləcə də, “Jara TV” açmaq niyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və “Jara” mükafatı məhz yerli ulduzlara veriləcək.

Qeyd edək ki, “Jara” musiqili festivalı ölkəmizdə dördüncü ildir ki, Xalq artisti Emin Ağalarov tərəfindən təşkil olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:44 Çimərliklərdə istirahət neçəyə başa gəlir? – ARAŞDIRMA İsti yay günlərinin gəlişi dəniz kənarı çimərliklərə axının artması ilə müşahidə olunur. Bəs bu gün həmin çimərliklərin əhaliyə göstərdikləri xidmətlər və onların dəyəri vətəndaşlar üçün nə dərəcədə sərfəlidir. Qeyd edək ki, Abşeron yarımadası sahillərində 12 çimərlik zonası, o cümlədən, Bilgəh,
20:48 Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi 29 Mart 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “ “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi. Layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni
11:47 Ağstafada ilk dəfə möhtəşəm “Qış Festivalı” keçiriləcək Agstafa Agrar Sənaye Kompleksinin dəstəyi ilə Ağstafada ilk dəfə 24-31 dekabr tarixlərində möhtəşəm “Qış Festivalı” keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə qərb bölgəsi üzrə xüsusi əməkdaşımız məlumat verib. Bizi Ağstafada gənc istedadların unudulmaz musiqili şousu gözləyir.
23:34 Zara Azərbaycana gəlməyəcək: Adı siyahıdan çıxarıldı Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir. "Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az