t s

» » Vaqif Səmədoğlunun “Fəxri qazaxlılar” parkında qoyulmuş büstünün açılışı olub

Vaqif Səmədoğlunun “Fəxri qazaxlılar” parkında qoyulmuş büstünün açılışı olub

22-06-2019, 19:52 Yazar:  Firuzə Baxılıb: 168 Çap et
Vaqif Səmədoğlunun “Fəxri qazaxlılar” parkında qoyulmuş büstünün açılışı olub
Bu gün Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında qoyulmuş büstünün açılışı olub. Bu əlamətdar gün münasibətilə təşkil olunmuş tədbirə atasının adını daşıyan Səməd Vurğun Poeziya evindən start verilib.

Mərasimdə iştirak edən yazarlar, saz, söz adamları tədbirdən öncə dahi şairimiz Səməd Vurğunun əziz xatirəsini də yad ediblər. Tədbir iştirakçıları Yuxarı Salahlı kəndində Xalq şairinin adını daşıyan Poeziya evində abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb böyük şairə olan sonsuz ehtiramlarını bildiriblər.
Qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Məti Osmanoğlunun, AYB-nin mətbuat katibi Xəyal Rzanın, Səməd Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovanın, Yuxarı Salahlı kənd sakinlərinin, Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin müəllim-şagird kollektivinin, yazarların iştirak etdiyi tədbirdə həm dahi şairimiz Səməd Vurğunun, həm də Vaqif Səmədoğlunun həyat yollarına, yaradıcılıqlarına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə bir daha nəzər salınıb. Vəkilovlar ailəsinin ünvanına xoş sözlər səslənib, dövlətimiz, dövlət başçımız tərəfindən verilən qiymətdən söz açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə təbrik edib. Bu günün tarixi bir əhəmiyyət daşıdığını qeyd edən icra başçısı ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar ailəsinə verdiyi dəyərdən, göstərdiyi yüksək qayğıdan söz açıb və minnətdarlıq hissi ilə qarşılayıb. Rayon rəhbəri qeyd edib ki, bu gün hər bir qazaxlı fəxr edir ki, ümummilli liderin bu ailəyə verdiyi dəyər bu gün də davam etdirilir. Onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ziyalılarımıza, o cümlədən də Vəkilovlar ailəsinə bu gün də qayğı göstərilir. Vurğulayıb ki, məhz Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı Qazaxda ziyalılar parkında büstünün qoyulması bir daha sübut etdi ki, dövlətimizin, ölkə rəhbərinin bu ailəyə olan sevgisi və qayğısı bundan sonra da olacaqdır. Bu gün Vaqif Səmədoğlu yaradıcılığına, şəxsiyyətinə verilən qiymət təkcə bu ailəyə deyil, bütün qazaxlı ziyalılara verilən dəyərdir.

İcra başçısı qeyd edib ki, Qazax torpağı yüzlərlə şair yetirib. Bu gün hər bir qazaxlı fəxr edir ki, bu torpağın xalqın şairi olan Səməd Vurğun, onun övladları Vaqif və Yusif kimi oğulları olub. Ən əsası da onlar hər zaman xalqın arasında olublar.

Rayon rəhbəri istər Qazax Müəllimlər Seminariyasının 100 illiyi, istər Xalq şairi İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, istərsə də bu gün Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün qoyulmasına görə ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Vaqif Səmədoğlu yaradıcılığının zənginliyindən, Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız, hesabsız şeirlərdən, əsərlərdən söz açıb. Dahi şairimiz Səməd Vurğunun və onun övladlarının xalq, millət, Azərbaycan poeziyası naminə gördüyü işlərdən, ölkəmizi yüksək tribunalarda necə təmsil etmələrindən danışıb. Azərbaycanı sözün qüdrəti ilə ən uca zirvələrə qaldırmalarından söz açıb.

Səməd Vurğun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova çıxış edərək ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Vaqif Səmədoğlu haqqında ürək sözlərini çatdıraraq xatiərlərini bölüşüb. Qeyd edib ki, bu gün Vaqifin kimliyi, hansı zirvələri fəth etməsi haqqında onun yazdığı şeirlər, əsərlər danışır. Onu xalqa sevdirir. Bu gün onun ruhu şaddır ki, o, xalqı, xüsusilə də qazaxlılar tərəfindən sevilir və ona bu cür yüksək qiymət verilir. Bu gün biz Heydər Əliyev Fondu tərəfindən Mehriban xanımın təşəbbüsü ilə büstün qoyulması ilə bu qiymətin bir daha şahidi olduq.

Kənd ağsaqqalı Abdulla Məmmədov da ürək sözlərini çatdıraraq Azərbaycan ədəbiyyatına, ziyalılara verilən yüksək dəyərə, böyük qiymətə görə ölkə başçısı İlham Əliyevə kənd sakinləri, ağsaqqallar adından minnətdarlığını bildirib.

Sonra söz Bakıdan qonaq olan aktyorlara verilib. Aktyorlardan Kamran Yunisin, Xəzər Süleymanlının və Mənzər Məmmədrəsul qızının hazırladıqları kompozisiya və Vaqif Səmədoğlu şeirlərinin möhtəşəmliyi yubiley tədbirinə toplaşanlara xoş ovqat bəxş edib.

Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Ülkər Cəfərovanın, Aysu Namazovanın, Aytac Mansurovanın söylədikləri Xalq şairinin şeirləri alqışlarla qarşılanıb. Şagirdlərdən Sərxan Vəliyev və Kənan Zeynalovun saz havası üstdə təqdim etdikləri şeirlər də tədbirə daha bir rəng qatıb. Söylənilən fikirlərdə, deyilən şeirlərdə Vaqif Səmədoğlu şəxsiyyətinin böyüklüyü, yaradıcılığının zənginliyi, onun Azərbaycan ədəbiyyatındakı mislisiz xidmətləri bir daha xatırlanıb, yaddaşlara yazılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az