t s

» » “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstü qoyulub

“Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstü qoyulub

22-06-2019, 00:27 Yazar:  Firuzə Baxılıb: 129 Çap et
“Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstü qoyulub
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, publisist, Xalq şairi Vaqif Səmədoğlunun Qazax şəhərində büstü qoyulub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət verən və düzgün mövqe tutan, xalqını və Vətənini sevən böyük şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün silsilə tədbirlər həyata keçirilir.

Xalq şairinin Qazax şəhərində büstünün qoyulması ideyası da Azərbaycanın görkəmli ədiblərinə, onların yaradıcılığına və bədii irsinə göstərilən böyük diqqət və qayğının nəticəsidir.

Bir müddət əvvəl Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ziyalıları şəhərin mərkəzində büstün qoyulacağı yerdə - “Fəxri qazaxlılar” parkında olub, büst üçün ayrılmış yerə baxıblar.

Qərara alınıb ki, görkəmli şairin büstü qardaşı, Xalq yazıçısı Yusif Səmədoğlunun büstünün yaxınlığında qoyulsun. Artıq büstün qoyulması ilə bağlı görülən işlər tam başa çatıb və açılış üçün hazırdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:49 Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda
10:30 Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Əbədiyyat Muzeyində baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
09:26 Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstü qoyulacaq Bu il iyunun 5-də öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrini yazan şair, dramaturq, publisist, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 ili tamam olur. Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe
22:33 Ümummilli Lider Heydər Əliyevin 96-cı ildönüm yubileyi və 9 May faşizm üzərində "Qələbə"nin 74-cü ildönümü münasibətilə Ağstafada silsilə tədbirlər davam edir İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Ağstafada təntənəli mərasim keçirilib Mediaxeberleri.az xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az