t s

» » İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

20-06-2019, 21:36 Yazar:  Firuzə Baxılıb: 81 Çap et
İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri vətəndaşlara göstərilən xidmət sahələridir. Təqdirəlayiq hal isə odur ki, bu diqqət və qayğı bütün sahələri əhatə edir. İstər səhiyyə, istər təhsil, istər mədəniyyət, istərsə də digər xidmət sahələrində vətəndaşlara göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin səhiyyə sahəsinə olan diqqətinin ən bariz nümunəsi isə mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün vətəndaşlar tərəfindən ünvanlanmış müraciətə əsasən Qazax Müalicə Diaqnostika Mərkəzində olub, müraciətdə qeyd olunan məsələ ilə bağlı yerində baxış keçirib, mövcud vəziyyətlə maraqlanıb. Palataları gəzərək müalicə alan xəstələrlə görüşüb və vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla da tanış olub.

Rayon rəhbərliyi müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu qeyd edib.

İcra başçısı Mərkəzdə kondisonerin işləməməsi barədə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlə bağlı ciddi iradlarını bildirib. Məsələnin tez bir zamanda həll olunması barədə tapşırıq verib.


İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:39 İcra başçısı şəhər Poliklinikasında vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb Son illər ölkəmizdə daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Respublika Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkədə digər sahələrlə bərabər səhiyyə sahəsində də islahatlar uğurla reallaşdırılır. Bu gün təkcə paytaxt Bakıda
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
23:13 Rəcəb Babaşov Qazaxda əhaliyə göstərilən tibbi xidmətlə maraqlanıb Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də vətəndaşlara səhiyyə sahəsində göstərilən xidmət sahəsidir. Mediaxeberleri.az xəbər verir ki, Rayon rəhbərinin bu sahəyə olan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az