t s

» » “Erməni zindanında səkkiz gün” kitabı təqdim olunub

“Erməni zindanında səkkiz gün” kitabı təqdim olunub

20-06-2019, 21:26 Yazar:  Firuzə Baxılıb: 103 Çap et
“Erməni zindanında səkkiz gün” kitabı təqdim olunub
İyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın rus dilində versiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının rəhbəri Leyla Əliyevanın dəstəyi ilə nəşr olunub və Moskvada təqdimatı keçirilib. Türk dilində versiyası isə “İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondu” (IHH) təşkilatı tərəfindən qardaş Türkiyədə nəşr edilib və geniş təqdimatı olub. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB), “TransEvroKom” telekommunikasiya şirkəti, iş adamları Vüqar Abbasov və Nəcəməddin Taşbağın dəstəyi ilə kitabın Azərbaycan dili versiyasının nəşri və təqdimat mərasimi təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatları, dövlət və ictimai sektor təmsilçiləri, Xocalı sakinləri, QHT və KİV nümayəndələri, gənc yazarlar və başqaları iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, ABAİB-in prezidenti Qənirə Paşayeva Dürdanə Ağayevanın kitabını Xocalı soyqırımına ədalətli cavab arayışı istiqamətində görülən məqsədyönlü işlərdən biri kimi qiymətləndirib. Deputat qeyd edib ki, soyqırımı gecəsi erməni vandalları tərəfindən 366-cı motoatıcı alayın bilavasitə hərbi-texniki dəstəyi ilə dinc əhaliyə qarşı baş vermiş amansızlığın bir şahidin dilindən çatdırılması təsirlidir. Bununla belə, kitab yalnız bir Azərbaycan qadınının harayı deyil, bütün əsirlikdə olan qadınların harayıdır. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkürünü bildirən Qənirə Paşayeva deyib: “Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başda olmaqla, ədalətin təntənəsi üçün beynəlxalq miqyasda önəmli tədbirlər təşkil edilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ayrı-ayrı ölkələrdəki nümayəndələri faciənin tərəqqipərvər insanlar arasında yayılması məqsədilə ardıcıl layihələr həyata keçirir. Dürdanə xanımın qələmə aldığı əsər də Xocalının haqq səsinin çatdırılmasında özünəməxsus bir addımdır. Bu kitabla bağlı ziyalıların, Xocalı sakinlərinin fikir və təkliflərini Dürdanə xanıma çatdırması xahiş olunur. Çünki bir neçə gün sonra kitabın daha böyük tirajla çap olunaraq universitetlərimizə, kitabxanalarımıza, məktəblərimizə, Gənclər mərkəzlərimizə paylanması nəzərdə tutulub. İnanırıq ki, gənclərimizin tariximizi daha dərindən öyrənməsinə bu kitab da bir vəsilə olacaq.

Mən bir deputat, bir Azərbaycan vətəndaşı olaraq, “Erməni zindanında səkkiz gün” kitabının araya-ərsəyə gəlməsində əməyi olan bütün qardaş-bacılarıma, könül dostlarına təşəkkür edir, ehtiramımı yetirirəm. Ümidvaram ki, bu kitabın başqa dillərə də tərcümə edilib, nəşr olunması Xocalı həqiqətlərinin dünyaya yayılması işinin xeyrinə olacaq. Nəsib olsun, növbəti təqdimatları Dürdanə xanımın doğma yurdu Xocalıda keçirək”.

Sonra Milli Məclisin deputatları Adil Əliyev, Aqil Abbas, Flora Qasımova, Aydın Hüseynov, Sahib Alıyev, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev, professor Elçin Əhmədov, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, “TransEvroKom” telekommunikasiya şirkətinin direktoru Qismət İbrahimov, RHİMİB-in sədri Arzu Bağırova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Xocalıdan olan ziyalılar çıxış edib. Çıxışlarda bildirilib ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitabının nəşrində məqsəd bütün tərəqqipərvər insanların, konstruktiv mövqeli qurum və quruluşların erməni vəhşiliklərindən, erməni yalanlarından agah olmasına, ədalətsizliyə qarşı mübarizəyə töhfə verməkdir.

Vurğulanıb ki, düşmən təbliğatına qarşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilbəil genişlənir. Soyqırımın canlı şahidi Dürdanə xanımın öz xatirələrini qələmə alması bu kampaniyaya böyük dəstəkdir. Kitabda Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla bəhs edən əsər ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha açıb göstərir. Kitab bu gün olduğu kimi, gələcəkdə də Xocalıda günahsız azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktını duyuracaq ki, insanlıq bir daha belə faciələr yaşamasın. Çıxışlarda “Erməni zindanında səkkiz gün” kitabının Xocalı soyqırımının unudulmaması, yenidən yaşanmaması məqsədilə həyata keçirilən önəmli layihələrdən biri olduğu qeyd edilib.

Belə bir ortaq fikir səsləndirilib ki, azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin, onların havadarlarının amansızlığına məruz qalmasını 27 ilə sığışdırmaq olmaz. Soyqırımı siyasəti on illər əvvəlin zəhərli beyin məhsulu olub, ötən yüzillik boyunca və təəssüf ki, yeni yüzillikdə də bitməyən bir bəşəri problemdir, “erməni xəstəliyi”, “erməni sindromu”dur. Cinayətkarların cəzasız qalmaması üçün hər bir azərbaycanlı daha da çox çalışmalı, Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, “Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməlidir. Bu istiqamətdə yeni kitabların yazılmasına, filmlərin çəkilməsinə və xarici ölkələrdə onların təbliğat və təqdimatlarının genişlənməsinə böyük ehtiyac var. İş adamlarımız da bu istiqamətdə daha çox dəstək verməyə çağırılıb.

Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə çıxış edərək Leyla xanımın “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər, əldə olunan nəticələr, Fondun xarici ölkələrdə həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib və bildirib ki, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada geniş yayılmasına, tanıdılmasına nail olunması istiqamətində işlər daha intensiv xarakter alıb. O, Xocalı soyqırımının şahidləri tərəfindən yazılan bu cür kitabların əhəmiyyətini xüsusi vurğulayaraq, belə nəşrlərin artmasının vacibliyini qeyd edib.

Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək ürək sözlərini bölüşüb, həmyerlilərini, soyqırımı dəhşətlərini yaşayanları acı da olsa, öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, şəxsən onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən işğalçı Ermənistan tərəfindən törədilən bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü dünyaya daha geniş duyurmaq istəyidir. Eyni zamanda böyüyən nəsillərin o günləri heç bir zaman unutmamasına çağırışdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az