t s

» » Ağsuda örüş sahəsi satın alındı: Mal-qara acınacaqlı vəziyyətdə

Ağsuda örüş sahəsi satın alındı: Mal-qara acınacaqlı vəziyyətdə

20-06-2019, 20:17 Yazar:  Firuzə Baxılıb: 68 Çap et
Ağsuda örüş sahəsi satın alındı: Mal-qara acınacaqlı vəziyyətdə
Ağsunun Qaraməmmədli kəndinin sakinlərinin mal-qarası otlaq üzünə həsrət qalıb.

Əvvəlcədən də mövcud örüş sahələri olmadığından, kənd sakinləri qonşu kəndin örüş sahəsindən istifadə edirmiş.

Artıq ötən gündən etibarən həmin ərazilər də onların əlindən alınıb. Örüş sahəsinə mal-qaranın girişi qadağan olunduğundan kəndlilər çarəsiz qalıb. Bir müddətdir ki, kəndlilər heyvanlarını evdə qapalı şəraitdə saxlamaq məcburiyyətində qalıb. Bu səbəbdən heyvanlara qış aylarında yemlənməsi üçün nəzərdə tutulan ehtiyat saman və quru ot verilir.

İllərdir ki, örüş sahəsi kimi istifadə olunan 30 ha ərazi hazırda satın alınıb. Kənd sakinlərinin iddiasına görə, yerin yeni sahibi onların əraziyə girməsinə icazə vermir.

Hazırda kənd sakinləri yeni örüş sahəsinin ayrılmasını istəyirlər.

Ağsu Şəhər Bələdiyyəsindən verilən məlumata görə, kəndlilər üçün yeni örüş sahəsinin ayrılması üçün bir neçə sahibkar müraciət edib. Məslənin həlli yönündə işlər aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:31 Qazax: abadlıq və tərəqqi ünvanı Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata
00:53 Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
13:54 Bu gün tanınmış şair Sadiq Qaranın 80 illik yubileyidir Yetimliklə, keşməkeşli ömür yaşayan şairlərimizdən olan Sadiq Qaranın bu gün 80 yaşı tamam olur. Öz tanınmış, öyülmüş nəsli-kökü, nəcabəti, nümunəviliyi ilə el içində böyük hörmət və nüfuz qazanmış şair, yazar, publisist, alim Sadiq Qaranın himayədarı bibisi Cəvahir xatun olmuşdur. Seminariyanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az