t s

» » Rövşən Rzayev BMT-yə müraciət etdi

Rövşən Rzayev BMT-yə müraciət etdi

20-06-2019, 17:02 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
Rövşən Rzayev BMT-yə müraciət etdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayev BMT-yə müraciət edib.

Bu barədə o, Bakıda Ümumdünya Qaçqınlar Günü münasibətiylə keçirilən tədbirdə fikir səsləndirib.

Dövlət Komitəsinin sədri müraciətində Ermənistanı öz işğal siyasətindən əl çəkməyə çağırıb: “Mən BMT-nin bütün qurumlarına müraciət edərək bildirmək istəyirəm ki, biz BMT-nin 4 qətnaməsinin mexanizmini araşdırmalıyıq. İşğalçı Ermənistan öz işğal siyasətindən əl çəkməlidir. Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var”.

R.Rzayev bildirib ki, münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır və bunun üçün bütün imkanlardan istifadə olunur: “Azərbaycanda və dünyada olan qaçqınlara dəstək var. Amma bu dəstək təbii ki, kifayət deyil. Çünki onlar bütün keçmişlərini itiriblər və gələcəkləri şübhə altındadır. Azərbaycanda bu günə qədər 300 mindən çox məcburi köçkün evlə təmin olunub, mənzil şəraiti yaxşılaşdırılıb. Azərbaycanda məcburi köçkünlərlə bağlı nümunəvi addımlar atılır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
11:38 "Qaçqınkom"un rəhbər sarıdan bəxti niyə gətirmir... - İTTİHAM Əli Həsənov Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən gedəndə, 1 milyon köçkün az qala bayram edirdi. Amma onların sevinci çox çəkmədi. Deputatlığı dövründə varlığı ilə yoxluğu bilinməyən Rövşən Rzayevin komitəyə sədr gətirilməsi böyük bir matəmə səbəb oldu.
08:28 "Qaçqınkom" mərhum jurnalistin bacısına ev verəcəyini vəd etdi Mərhum jurnalistin bacısı kömək istəyir… Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan məcburi köçkün Sevinc Fərhadovanın mənzil problemi həll olunmadığından, çətin vəziyyətdədir. Ötən gün Sevinc Fərhadova Sputnik Azərbaycan-ın redaksiyasında olub, problemlərini bölüşüb və
15:22 “Qaçqınkom” məmuru Gülnarənin etirafları - “Onları aldatmışam, pullarını ələ keçirmişəm...” Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Mediaxeberleri.az saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. İttihama görə, Gülnarə Muxtarova Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az