t s

» » Aprel şəhidinin xanımı imkanlı şəxslərdən imdad DİLƏDİ

Aprel şəhidinin xanımı imkanlı şəxslərdən imdad DİLƏDİ

20-06-2019, 15:16 Yazar:  Firuzə Baxılıb: 36 Çap et
Aprel şəhidinin xanımı imkanlı şəxslərdən imdad DİLƏDİAprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə sosial şəbəkə vasitəsilə imkanlı şəxslərə müraciət edib. Müraciət yeganə qardaşı Hümbətli Dənizin ölümün pəncəsindən xilas edilməsi üçündür.

Bu barədə Mediaxeberleri.az-a danışan Pərişan Musazadə deyib ki, qardaşının həyatı təhlükədədir:

"Qardaşımın vəziyyəti yaxşı deyil, Dəniz "Qoşe" xəstəsidir. Uzun illərdir əlimizdən nə gəlirsə edirik , amma vəziyyəti ağırlaşdı və Türkiyəyə apardıq . Qaraciyəri təmiz iflas edib və digər orqanları zədələyib".

Onun sözlərinə görə, həkimlər əməliyyat üçün 100 min dollar və qaraciyər verəcək donor tələb olunduğunu bildirib:
"Dəniz hazırda Türkiyədə "İstanbul Aydın Üniversitesi Florya Medicalpark Hastanesi"ndədir və imkanı çatan şəxslərdən kömək gözləyir".

Hümbətli Dənizin həyatını xilas etmək istəyənlər (070) 255-30-03 nömrəsilə əlaqə saxlaya bilər. Yaxud aşağıdakı fotoda göstərilən Kapital Bankdakı hesaba pul köçürə bilərlər.

Qeyd edək ki, "Qoşe" xəstəliyi (ing. Gaucher’s disease) qlükoserebrozidaza fermentinin genetik çatışmazlığı nəticəsində inkişaf edir. Fermentin defekti ilə defisiti qlükoserebrozidlərin utilizasiyanın pozulmasına gətirib çıxarır. Xəstəlik zamanı eritrositlərdə, leykositlərdə və retikuloendotelial sistem hüceyrələrində (toxuma makrofaqları) qlükoserebrozidlərin miqdarı artır. Xəstəliyin ağır keçən (kəskin) formaları dalağın və qaraciyərin sürətlə böyüməsi, fiziki və psixi inkişafın ləngiməsi, mərkəzi sinir sisteminin zədələnmələri, hipoxrom anemiya, leykopeniya kimi əlamətlərlə müşayiət edilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:04 Əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır Bu gün tam əminliklə deyə bilərik ki, müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Bu gün müstəqil Azərbaycan
07:49 Hematoloq: Azərbaycanda 30-40 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir Bu gün ölkə üzrə qan azlığından əziyyət çəkən uşaqların sayı artmaqdadır. Bizim qan azlığı kimi bildiyimiz bu anemiyalar isə çox ciddi fəsadlara, ağır xəstəliklərə və nəhayət, ölümə səbəb ola bilər. Bəs bu xəstəliklərdən və onun gətirdiyi leykoz, leykemiya, talassemiya xəstəliklərindən qorunmağın
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
01:23 Bunlar qaraciyər piylənməsinin qarşısını alır - DİQQƏTLİ OLUN Bir çox insan qaraciyər piylənməsindən əziyyət çəkir. Çoxları bu problemin fərqinə belə varmır. Lakin səbəbsiz heç nə olmur. Aile.lent.az qaraciyər piylənməsinin səbəbləri, qarşısının alınması ilə bağlı məlumatları təqdim edir. Qaraciyər piylənməsinin səbəbləri arasında qarın bölgəsindəki həddən
18:27 Qaraciyərin yağlanmasının qarşısını alın! Qaraciyərin yağlanması təhlükəli sağlamlıq problemlərindən biridir. Türkiyəli həkim Haticə Yasəmin Balaban qaraciyər yağlanmasının qarşısını almaq üçün məsləhətlər verib. Publika.az qaraciyər problemi ilə üzləşənlərə həmin məsləhətləri təqdim edir: Qaraciyərdə toplanan yağ orqanizm üçün yararlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az