t s

» » Dünyanın ən qəribə boşanma - Səbəbləri

Dünyanın ən qəribə boşanma - Səbəbləri

15-05-2015, 08:45 Yazar:  Aygün Baxılıb: 470 Çap et
Dünyanın ən qəribə boşanma - SəbəbləriBəziləri evliliyi sevginin bitdiyi gün kimi qiymətləndirsələr də, psixoloqların sözlərinə görə cütlüklər arasında əsil sevgi evləndikdən sonra başlayır. Ümumiyyətlə, evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər olsun ki, bəzən tərəflər “onu” tapana qədər nə qədər əziyyət çəkdiklərini unudub ən xırda bir səbəbə görə ayrılmağa qərar verirlər.

İndi sizə tarixə ən qəribə boşanma səbəbləri kimi yazılan bir neçə hadisə barədə məlumat vermək istəyirik. Oxuyun və ayrılmaq üçün bu səbəblərin nə dərəcə yetərli olduğuna özünüz qərar verin.

Qadını təmizlik düşkünü olduğu üçün hər cür ev işləri görməyə öyrəşən kişi evliliklərinin 15-ci ildönümündə həyat yoldaşı ondan mənzillərinin çirkli görünən divarını söküb yenisini tikməyini istədiyi gün boşanmaq haqqında ərizəylə məhkəməyə müraciət edib.

Ailə həyatı qurarkən həyat yoldaşına 24 yaşı olduğunu deyən qadının sirri 10 ildən sonra açılıb. Onunla evlənərkən əslində xanımının 30 yaşı olduğunu öyrənən kişi elə həmin gün onunla yollarını ayırmaq qərarına gəlib.

Tutuquşusunun hər gün ona “boşan”, “səbirli ol” deməyi qadında elə təsəvvür yaradıb ki, əri onu aldadır. Bu “faktı” əlində bayraq tutan qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib.

60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün hekayəsi də olduqca maraqlıdır. 99 yaşlı kişi 1940-ci ildə köhnə sevgilisinin 96 yaşlı həyat yoldaşına yazdığı məktubu tapıb, məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etdi. Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.

Fransız bir qadın isə gün ərzində həyat yoldaşı onunla 20 dəfə cinsi əlaqədə olduğuna görə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmənin nəticəsində isə ərindən 14.000 dollar təzminat almağa nail olub.

Heç vaxt anasının yanından ayrılmayan bəy bal ayına da anası ilə birgə getmək qərarına gəlincə təzə gəlin evlilikərinin üçüncü həftəsində boşanmaq üçün məhkəməyə müraciət edib. /Kayzen.az/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 Goranboyda arvadı ilə cinsi əlaqədə olan şəxsə cinayət işi açıldı Faktla bağlı araşdırmalar davam etdirilir. Arvadı ilə könüllü olaraq cinsi əlaqədə olan əri 3 ilə qədər həbs gözləyir. Mediaxeberleri.az xəbər verir ki, Qafqazinfo-nun verdiyi məlumata görə, 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşayan 1991-ci il təvəllüdlü Mikayıl Ağayev
13:32 Bakıda ərlə arvad bir-birilərini al qana boyadılar Bu gecə Bakının Suraxanı rayonunda ərlə arvad küçənin ortasında dalaşıb. Mediaxeberleri.az- ın məluamatına görə hüquq mühafizə orqanlarından ANS PRESS-ə bildiriblər ki,, hadisə Zığ qəsəbəsində qeydə alınıb. Belə ki, 24 yaşlı Z.Q. həyat yoldaşı 21 yaşlı F.D.-dən ayrılıb. Rəsmi boşanma olmasa da,
02:32 WhatsApp daha bir ailəni dağıtdı Səudiyyə Ərəbistanında mobil mesajlaşma proqramı WhatsApp boşanmaya səbəb olub. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ər xanımından boşanmaq üçün məhkəməyə müraciət edib. Səbəb kimi arvadının WhatsApp-da yazdığı statusunu göstərib. “Al-Hayat” qəzetində xəbərinə görə,
14:34 Qadına qarşı cinayət, təcavüz, zorlama - ŞOK rəqəmlər 783 qadın bu münasibətlərin qurbanı oldu Türkiyədə demək olar hər gün 1 qadın şiddətə, zorakılığa məruz qalır. Qəribəsi isə odur ki, həmin hallar media vasitəsilə soyuqqanlılıqla yayımlanır. 2013-cü ilin rəsmi göstəricilərinə görə, 241 nəfər zorakılığa məruz qalıb. 214 qadın və 10 uşaq zorakılıq
20:40 Gəlin baldızını döyüb dəlixanaya salmaq istədi Qardaşının həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyülən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az