t s

» » Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı

Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı

20-06-2019, 13:30 Yazar:  Firuzə Baxılıb: 51 Çap et
Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldıTürkiyə Hava Qoşunlarının sabiq komandanı, Yüksək Əsgəri Şuranın üzvü general Akın Öztürkün cəzası bəlli olub.

Mediaxeberleri.az Türkiyə mətbuatına istinadın xəbər verir ki, Akın Öztürk 141 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Ondan əlavə 16 şübhəli şxəs üçün d həmin cəza tətbiq edilib.

Qeyd edək ki, Keçmiş Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürk Türkiyədə dövlət çevrilişini planlamaqda ittiham olunur. Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk hərbi çevrilişdə iştirak edən ən yüksək rütbəli şəxsdir. İstanbul və Ankarada məlum hadisələr yaşanan gecə Hərbi hava Qüvvələrinin yüksək rütbəli hərbçiləri general-polkovnik Mehmet Şanverin qızının toyuna dəvətli olub. Məlumata görə, həmin toyda nikah şahidlərindən biri olan Öztürk daha sonra toya getməkdən imtina edib. Keçmiş komandanla bağlı maraqlı məqamlardan biri isə onun tətili yarımçıq qoyub çevrilişdə iştirak etməsi olub. Belə ki, 24 iyula qədər icazəli olan və İzmirdə dincələn A.Öztürk istirahətini yarımçıq qoyub və 15 iyulda İzmirdən Ankaraya gedərək qiyamçılara qoşulub.

General Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı.
İstintaq materiallarına əsasən hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az