t s

» » 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

2019-cu ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

20-06-2019, 11:59 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
2019-cu ilin dövlət büdcəsinə dəyişiklik ediləcəkPrezident İlham Əliyevin təşəbbüsü ilə “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub.

Mediaxeberleri.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:57 Milli Məclisdə bu gün növbədənkənar iclas – Gündəlikdə 36 məsələ var (SİYAHI) Bu gün və sabah Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu iki iclasın gündəliyinə 36 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
10:59 Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib Yanvar ayının birindən Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması
09:52 Çox işləyirik, az qazanırıq - RƏQƏMLƏR 2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu bu barədə facebook sosial şəbəkəsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az