t s

» » BBC: Çində məscidlər kütləvi şəkildə sökülür

BBC: Çində məscidlər kütləvi şəkildə sökülür

20-06-2019, 11:30 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
BBC: Çində məscidlər kütləvi şəkildə sökülürBBC telekanalının Çinə ezam olunmuş xüsusi müxbiri Con Sadvort ( John Sudworth) ölkədə İslam dininə qarşı təqiblərin güclənməsinə dair yeni faktlar aşkarlayıb.

Məlumata görə, Çinin Sincan əyalətinin qərbində məscidlər kütləvi şəkildə sökülür.

2017-2019-cu illər ərzində çəkilmiş peyk təsvirlərini təhlil edən müxbir buna misal kimi infrastruktur-inkişaf layihəsi adı altında tamamilə sökülmüş Aitika məscidini göstərir. Jurnalist geniş sahəni tutan və hər tərəfdən hasarlanmış tikinti yerinə daxil olmaq istəsə də, onu yaxına buraxmayıblar


Müxbir 2015-ci ildə Kah məscidinin yaxınlığında çəkiliş apardıqlarını xatırladıb.

“Həmin vaxt cavanlı-qocalı saqqal saxlayan müsəlmanlara rast gəlmək olurdu, üstündən dörd il keçib, kişilərin təmiz təraş olduğunu görürük. Üstəlik, bu mənzərəni namaz ərəfəsində müşahidə etdik”, - deyə müxbir qeyd edir.

Materiala əsasən, təqiblərlə əlaqədar ibadət üçün məscidə gələn insanları sayı da əhəmiyyətli dərəcədə azalıb.

Materialda aztəminatlı müsəlmanların kompakt şəkildə yaşadığı yaşayış məhəllələrinin söküldüyü bildirilir.

Mərkəzi hökumət müsəlmanlara qarşı repressiyalarla bağlı yayılan məlumatları təkzib edərək, məhdudlaşdırıcı ölçülərin İslam dininə yox, yalnız dini ekstremizmə qarşı yönəldiyini bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az