t s

» » Sabirabadda yeni başçı üçün çətin dönəm... - İDDİA

Sabirabadda yeni başçı üçün çətin dönəm... - İDDİA

20-06-2019, 10:43 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
Sabirabadda yeni başçı üçün çətin dönəm... - İDDİARayonun kəndlərində keçirilən görüşlərdə vətəndşların, xüsusən də ağsaqqaların ayağa qalxaraq uca səslə Həsən Həsənova minnətdarlıq bildirirlər. Bu da Həsən Həsənovun öz nüfuzunu gözə soxmaq niyyətindən xəbər verir.

Sabirabaddan Mediaxeberleri.az-a daxil olan məlumata görə rayona yeni icra başçısı təyin edilmiş Siraqəddin Cabbarovun işləri heçdə uğurlu getmir. Belə ki, hər zaman bütün işlərini birinci müavininə tapşıran və həmişə idarəetmədən bixəbər biri kimi ad çıxardan Siraqəddin Cabbarov bu dəfə Sabirabadda eyni metodla "işləmək" istəyindədir.

Rayonda öz sistemini qurmaq istəyən Siraqəddin Cabbarovun bəzi kadr islahatlarına getmək istədiyi və bu sırada özünə yeni birinci müavin gətirtmək istədiyi məlum olub. Bundan xəbərdar olan hazırkı birinci müavin Həsən Həsənov isə yeni başçıya qarşı öz mövqelərini gücləndirməyə başlayıb.

Mənbə Mediaxeberleri.az-a bildirib ki, Bakıya gedib kiminləsə görüşəndən sonra Həsən Həsənov Siraqəddin Cabbarovun qol qanadını qırmaq üçün fəaliyyətə başlayıb. İddia edilir ki, başçı müavini artıq indidən öz ətrafını genişləndirməklə rayonun nüfuzlu şəxsləri ilə gizli danışıqlar aparmaqla məşğuldur. Birinci müavin Həsən Həsənov rayonun nüfuzlu şəxslərini öz ətrafına toplayıb icra başçısını özündən asılı vəziyyətə salmaq istəyindədir. Çünki Saatlıda Siraqəddin Cabbarovla işləyən və onu həmişə idarə edən birinci müavin İlham Quliyev başçının zəif yerlərini Həsən Həsənovla bölüşüb.

Məlumata görə rayon kəndlərində keçirilən görüşlərdə vətəndşların, xüsusən də ağsaqqaların ayağa qalxaraq uca səslə Həsən Həsənova minnətdarlıq bildirmələri və onu rayonun ağsaqqalı hesab etmələri onu deməsə əsas verir ki, birinci müavin yaxın aylarda Siraqəddin Cabbarovu öz iradəsinə tabe etməyə çalışır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
08:03 Kərəm Həsənovun Yasamal projesi: Əziz Əzizov icraçı rolunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Yasamal rayonu ərazisində böyük maraqları olduğu, məhz bu baxımdan da Əziz Əzizovun bu rayona başçı təyin edilməsinə nail olduğu ölkə mediasında dəfələrlə səsləndirilən fikirlər sırasındadır. Yasamal rayonu ərazisindəki torpaq və əmlak
01:52 Saatlı RİH başçısının müavini və şöbə müdiri Siraqəddin Cabbarova qarşı Ötən həftə Saatlı rayonunun keçmiş bələdiyyə sədri Füzuli Cəfərov özünün açıqlamaları ilə gündəmə gəldi. Xatırladaq ki, Füzuli Cəfərov 15 gün öncə vəzifəsindən qanunsuz olaraq uzaqlaşdırılıb. Bələdiyyə sədri verdiyi açıqlamada qeyd edib ki, onun yerinə seçilən yeni sədr saxtakarlıqla seçilib. Qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az