t s

» » Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al

Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al

20-06-2019, 10:10 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu alYeni Zelandiya hökuməti əhalidən qadağan olumuş yarımavtomat silahların yığılması məqsədilə onların satın alınmasına 136 milyon dollara yaxın pul xərcləyəcək.

Bu barədə Mediaxeberleri.az yerli Daxili İşlər və Maliyyə nazirlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

Kraystçörç şəhərində məscidlərdə törədilmiş terror aktından (50 nəfər həyatını itirmişdi - red.) sonra Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ölkə ərazisində yarımavtomat silahların və döyüş tüfənglərinin saxlanılması və istifadəsinə qadağa qoyulduğunu elan etmişdi. Aprel ayında Yeni Zelandiya parlamenti bu barədə müvafiq qanun qəbul edib.

Məlumata görə, Yeni Zelandiya büdcəsindən belə silahların əhalidən satın alınması üçün 190 milyon Yeni Zelandiya dolları (təxminən 124,7 milyon ABŞ dolları), silahların toplanma sxeminin hazırlanmasına isə əlavə 18 milyon Yeni Zelandiya dolları (təxminən 11,8 milyon ABŞ dolları) ayrılacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:30 Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTOLAR Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Mediaxeberleri.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az