t s

» » SSRİ dövründə törədilmiş ən dəhşətli partlayışla bağlı məlumatlar 25 il necə gizli qalıb…

SSRİ dövründə törədilmiş ən dəhşətli partlayışla bağlı məlumatlar 25 il necə gizli qalıb…

19-06-2019, 20:31 Yazar:  Samir Baxılıb: 46 Çap et
SSRİ dövründə törədilmiş ən dəhşətli partlayışla bağlı məlumatlar 25 il necə gizli qalıb…
Həmin günü Kirov şəhərinin sakinləri səbirsizliklə gözləyiblər. Hətta ətraf qəsəbə və rayonlarda yaşayanlar, xüsusilə də gənclər Moskva teatrının iştirakı ilə Kirov şəhərinin mərkəzi stadionunda keçiriləcək tədbirə xüsusi hazırlıq görüblər. Bir sözlə, Moskvadan 896 kilometr aralıda yerləşən Kirov vilayətində və onun rayonlarında sözün əsl mənasında bayram əhval-ruhiyyəsi yaşanıb.

25 may 1968-ci il. Kirov şəhəri...

Moskva teatrının bir neçə gün davam edəcək qastrolu məhz bu tarixdən başlayıb. Mayın 25-i olsa da, tədbir 9 may Qələbə gününə həsr olunub. Bayram tədbirində müxtəlif səhnələri təqdim etmək üçün teatr Kirov şəhərinə çoxsaylı avadanlıqlar və konstruksiyalar gətiriblər. O çümlədən, bayram şənliklərinin sonunda atəşfəşanlıq üçün 1 tona yaxın pirotexniki maddələr də şəhərə daşınıb. Həmin maddələr stadionda tribunalara bitişik olan ikimərtəbəli taxta tikilidə yerləşdirilib.

Tədbirin keçirilməsinə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, ərazidəki hərbi hissələrin hərbi qulluqçuları da cəlb olunub.

Şəhər əhalisindən isə bayram şənliyinə daha çox məktəblilər və tələbələr qatılıblar.

Bayram şənliyinin açılıçı saat 18-ə palanlaşdırılıb. Artıq günorta saatlarından sonra sakinlər stadiona üz tutublar. Saat 17-də stadion demək olar ki, tam dolu olub.

Hər şey öz axarınca gedib, milis və patrul xidməti təhlükəsizliyi və asayişi tam təmin edib. Vilayət və şəhər rəhbərliyinin tədbirdə iştirakı nəzərdə tutulub. Amma hər yerdə olduğu kimi, onlar bayram şənliyinə vaxtında, yəni saat 18-də gəlməyi planlaşdırıblar.

Amma bir-birinin ardınca baş verən qəfil partlayışlar bütün planları pozub.

Saat 17.40-da pirotexniki maddələrin saxlandığı tikilidə ilk partlayış baş verib. Tamaşaçılar əvvəlcə elə zənn ediblər ki, bu partlayış tədbirin açılışı münasibətilə ilk atəşfəşanlıqdır. Amma görəndə ki, tikilinin bitişik olduğu tribunalarda partlayış nəticəsində güclü dağıntılar baş verib və yanğına səbəb olub, hansısa faciəli bir hadisənin baş verdiyini anlayıblar.

Üstündən bir neçə dəqiqə keçməmiş ikinci partlayış stadionun bir hissəsini alt-üst edib. Güclü dağıntı və yanğın tədbir iştirakçılarını sözün əsl mənasında, şoka salıb. Milis qüvvələri və patrul tamaşaçıları stadiondan çıxarmağa cəhd göstəriblər. Amma panikaya düşən sakinlər heç nəyə məhəl qoymadan bir-birilərinin üstündən keçərək, stadionu tərk etməyə çalışıblar.

Dərhal təcili tibbi yardım və yanğınsöndürmə xidməti əraziyə gəlib. Yanğınsöndürən maşınlar stadionun içərisinə daxil ola bilməyiblər. Giriş hissədən başlayaraq tribunalara qədər yerə yıxılmış yaralılar və meyitlər maşınların içəri daxil olmasına imkan verməyib. Şəhərin bütün təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara daşıyab.

Yerli rəhbərlik də hadisə yerinə gəlib. Artıq 35 dəqiqədən sonra hadisə ilə bağlı Kremlə məruzə olunub. Həmin gün xarici ölkələrin birinə səfəri planlaşdırılan baş katib Leonid İliç Brejnev səfərini təxirə salıb. Brejnevə ölənlərin sayının 39-a çatdığını məruzə edəndə, o, təcili olaraq müşavirə çağırıb. Baş katibin müşavirədəki ilk tələbi bu hadisənin gizli saxlanması olub. Bu məsələni Brejnev DTK-nın sədri Yuri Andropova həvalə edib.

Andropov elə həmin gün bir qrup DTK əməkdaşını Kirov şəhərinə göndərib. Həlak olanların qohumlarından və yerli orqanların əməkdaşlarından hadisə ilə bağlı hər hansı bir informasiyanın yayılacağı təqdirdə, cinayət məsuliyyətinə cəlb olunacaqları ilə bağlı yazılı iltizam alınıb. Hadisə şahidlərinə isə DTK əməkdaşları tərəfindən xəbərdarlıq edilib.

Mətbuat isə baş vermiş hadisə ilə bağlı bir cümlə ilə kifayətlənib. Həmişə olduğu kimi, bu dəfə də "bədbəxt hadisə..."

SSRİ-nin bu yüksək "məxfi"liyinə baxmayaraq, həmin gecə "Qolos Ameriki" Kirov şəhərində baş vermiş faciə ilə bağlı geniş və ətraflı məlumat yayıb.

Hadisə ilə bağlı böyük açıqlama isə 1990-cı illərdə mətbuatda geniş yer alıb.

Həmin hadisə zamanı 15 yaşı olan məktəbli Lyudmila Kotova faciəni belə xatırlayıb: "Biz sanki böyük bir tonqalın içindəydik. Partlayış o qədər güclü idi ki, bizi oturacaqla bir yerdə stadionun ortasına atdı. Əgər partlayışın gücü məni atmasaydı, mən də digərləri kimi alovun içində yanacaqdım. Çox dəhşətli bir mənzəri idi, insanlar çaş-baş qalmışdı. Xüsusilə də azyaşlı məktəblilər nə edəcəklərini bilmirdilər, qorxu hissi onları dondurmuşdu..."

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmənin hökmü ilə teatrın üç əməkdaşı, o cümlədən direktoru 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Cəzalarla yanaşı, milis orqanlarının və yanğın təhlükəsizliyi xidmətinin 70 nəfər əmakdaşı hadisə zamanı xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirdiklərinə görə orden və medallarla təltif olunublar. Təltif haqqında əmr də məxfi saxlanılıb.

Qeyd edək ki, Kirov şəhərində baş vermiş faciəli hadisə zamanı 39 nəfər həlak olub, 89 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar

musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az