t s

» » Zakir Həsənov ordunu müharibəyə hazırlayır

Zakir Həsənov ordunu müharibəyə hazırlayır

19-06-2019, 19:39 Yazar:  Gülnar Baxılıb: 64 Çap et
Zakir Həsənov ordunu müharibəyə hazırlayır
Zakir Həsənov iyunun 18-də təlim mərkəzinin açılışında iştirak etib və mətbuat konfransı keçirib


“Atlas” Araşdırmalar Mərkəzi Müdafiə Naziri Zakir Həsənovun dünən keçirdiyi mətbuat konfransında söylədikləri əsasında analitik yazı hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, yazıda qeyd olunur ki, Zakir Həsənov iyunun 18-də təlim mərkəzinin açılışında iştirak etdi və mətbuat konfransı keçirdi. Ermənistanın müdafiə naziri David Tonoyan da tez-tez jurnalistlərə açırlamalar verir. Buna görə də Zakir Həsənovun da aktivliyini azaltmayaraq Ermənistana mesajlar göndərməsi vacibdir. Zakir Həsənovun mətbuat konfransında söylədikləri mesajları ayrıca dəyərləndirməyə ehtiyac var.

Birincisi, Zakir Həsənov mətbuat konfransında dedi ki, Azərbaycan ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Bundan baqşa ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordunun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir. Eyni zamanda Azərbaycan Hərbi Dəniz Qüvvələri də təkmilləşdirilir və texniki məsələlər həll olunur. Azərbaycanın öz hava qüvvələrini təkmilləşdirməyə ona görə ehtiyac var ki, Rusiya Ermənistanı müasir hərbi təyyarələrlə təhciz edir və Azərbaycan bu sahədə geri qalmamalıdır. Çünki müharibə şəraitində hərbi təyyarələrin və hərbi helikopterlərin rolu böyük olacaq. 1990-cı ilin əvvəlindəki döyüşlərdə hər iki tərəf havaya o qədər təyyarə qaldıra bilmirdi, çünki təyyarə və helikopterləri az idi. İndi isə durum fərqlidir.

İkincisi, Zakir Həsənov dedi ki, Azərbaycan Ordusuna müasir silahlar alınır. Məsələn müdafiə naziri bildirdi ki, 2018-ci ildə Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub. Kazarmaların böyük əksəriyyətinin yenidən qurulduğu və ya təmir edildiyi də açıqlandı.

Üçüncüsü, Zakir Həsənov əvvəllər dediyi bir fikri yenidən təkrarladı: “2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”. Yəni müdafiə nazirinin sözlərindən aydınlaşır ki, rusların müraciəti və müdaxiləsi olmasaydı ordumuz xeyli irəriləyə bilərdi. Onda belə bir sual yaranır: “Eyni vəziyyətdə ermənilər yenə ruslara müraciət etsə biz bu dəfə nə edəcəyik?” Çünki Moskva aprel savaşını dayandırmasının əvəzində Ermənistan hakimiyyətinə təsir edib sülh prosesini intensivləşdirmədi.

Dördüncüsü, müdafiə naziri atəşkəsin pozulması hallarına da münasibət bildirdi. David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verdiyini demişdi. Zakir Həsənov David Tonoyanın yalan danışdığını bildirdi. Zakir Həsənovun sözlərinə görə Ermənistan ordusunin itkiləri var, sadəcə Ermənistan hakimiyyəti bu haqda məlumat vermir. Zakir Həsənovun fikrincə, bir müddət sonra ermənilər itkilərini açıqlayacaqlar. Həqiqətən internetdə ermənilərin özləri tərəfindən yayılan görüntülər var ki, mövqelərinin vurulduğu göstərilir.

Beşincisi, Zakir Həsənov mətbuat konfransında dedi ki, vətən, dövlət, millət məsələlərində digər maraqlar kənara qoyulmalıdır. Zakir Həsənovun digər fikri də maraqlıdır: “Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir”. Başqa sözlə 1993-cü ildə Gəncədə qiyam oldu, Sürət Hüseynov qoşunların bir hissəsini Qarabağdan çıxartdı, Bakıda hakimiyyət boşluğu yarandı və bundan düşmən istifadə etdi. Zakir Həsənov Ermənistanın xüsusi xidmət orqanlarının ona qarşı saxta raportlar hazırladığını da vurğuladı: “Sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”. Zakir Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: “Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?!”. Zakir Həsənovun bu açıqlamasından gəlinən nəticə odur ki, Ermənistan informasiya savaşında Azərbaycana qarşı geniş cəbhə açıb. Həqiqətən Zakir Həsənovun ermənilərin hədəfində olduğuna dair xəbərlər erməni saytlarından götürülərək Azərbaycanın bəzi saytlarında da yayılmışdı. Yəni dezinformasiya Azərbaycanın informasiya məkanında yayılmışdı. Bu cür dezinformasiyaların qarşısının alınmasının yeganə yolu ya nazirin özünün, ya da Müdafiə Nazirliyinin mətbuat xidmətinin anında açıqlama verməsidir.

Beləliklə, Zakir Həsənov mətbuat konfransı vasitəsilə son aylarda cəmiyyəti narahat edən bir çox məsələyə aydınlıq gətirdi. Müdafiə nazirinin açıqlamalarından o da aydın olur ki, danışıqların nəticə verəcəyinə inam azdır. Zakir Həsənov əvvəlki kimi Türkiyə ilə hərbi-strateji əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Bundan başqa Azərbaycan ordusunun hərbi təlimləri ildən ilə artır. O bu cümlələri işlədərkən belə bir ifadə də səsləndirdi: “Yəqin nə demək istədiyimi anladınız...” Zakir Həsənovun verdiyi açıqlamalar ondan xəbər verir ki, torpaqların müharibə yolu ilə azad olunmasına hazırlıq gedir. Sadəcə günü və vaxtı hələ bəlli deyil.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az