t s

» » Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

19-06-2019, 17:33 Yazar:  Firuzə Baxılıb: 106 Çap et
Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ
İyun ayı olsa da artıq bazar və marketlərdə qarpız-yemiş satışı ilə qarşılaşırıq. Sirr deyil ki, bu məhsullar hazırki mövsümdə mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan istilik məhz iyul-avqust aylarında olduğu üçün mütəxəssislər iyun ayı ərzində qarpız yeməyi məsləhət görmürlər.

Amma hazırda satışda olan qarpız-yemişi alanlar az deyil. Bu məhsulların nə kimi ziyanı var?


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Modern.az-a danışıb. Ekspertin sözlərinə görə, təmiz, gübrəsiz qarpızın çəkisi 5 kiloqramdan çox olmamalıdır.

“Hər il bu sahədə monitorinqlər aparırırq. Qarpız, yemiş istehsal edən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Xüsusilə, böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir”.

Pediatr Vaqif Qarayev bildirir ki, iyul ayının 20-ədək uşaqlara qarpız-qovun yedirmək qətiyyən olmaz:
“Qarpızın Azərbaycanda yetişmə dövrü iyul ayının 20-dən sonradır. Ondan əvvəl yetişdirilən qarpızlar sağlamlıq üçün təhlükəlidir. Təcrübəli adam qarpızı kəsəndən sonra rəngindən hiss edir ki, düzgün yetişdirilməyib. Tez qızarsın deyə qarpız tağlarına süni maddələr, nitratlar vurulur. Satış yerlərində qarpız, yemiş nəzarətdən keçirilməlidir. Əgər məhsul sanitar normanı keçirsə, nitrat çox vurulubsa, satışdan yığışdırılmalıdır. Yemişə də süni qidalar vurulur, lakin qarpızda bu cür qidalardan, nitratlardan daha çox istifadə olunur. Buna görə də o daha təhlükəlidir. Vaxtından əvvəl yetişdirilmiş bu cür tərəvəzlər uşaqlarda allergiya, mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Xüsusən körpə uşaqlarda bu proses daha tez özünü göstərir, qana zəhərlənmə keçir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az