t s

» » Nazirlik ləğv olunur?.. - “Hiss olunur ki, kimlərsə bundan çox narahatdır”

Nazirlik ləğv olunur?.. - “Hiss olunur ki, kimlərsə bundan çox narahatdır”

19-06-2019, 17:25 Yazar:  Firuzə Baxılıb: 59 Çap et
Nazirlik ləğv olunur?.. - “Hiss olunur ki, kimlərsə bundan çox narahatdır”
Strateji Yol Xəritəsinə görə Telekommunikasiya sahəsində aparılacaq islahatlar çərçivəsində görüləcək işlərə cavabdehlik Prezident Administrasiyasına tapşırılıb. Plana görə 2020-ci ildə NRYTN ləğv edilərək yenidən formalaşmalı və müstəqil tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaranmalıdır.

Bunu texnologiya üzrə ekspert Osman Gündüz bildirib. O, bəs vəziyyət necədir, hansı işlər görülüb, hansı ölkələrin təcrübəsindən istifadə olunacaq - deyə sual edir.

“Bu haqda heç bir rəsmi açıqlamalar verilmir. Yalnız bir-iki dəfə qeyri-müəyyən bir açıqlamalr verilib. Təəssüf ki İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də bu istiqamətdə ciddi iş görmür. Güman ki gücü çatmır və daha çox “baş ağrıtmayan” məsələlərə köklənir.

İndiyədək bununla bağlı maraqlı tərəflərin iştirakı ilə hər hansı müzakirə keçirilməyib. Strateji Yol Xəritələrinin icrası ilə bağlı hesabatların hazırlandığı bildirilsə də müzakirələr keçirilməyib.

Burada nəsə qapalı bir informasiya mühiti yaradılıb. Hiss olunur ki, kimlərsə bundan çox narahatdır. Əlbəttə, tənzimləyici səlahiyyətlərin müstəqil quruma verilməsi sektorda vəziyyəti kökündən dəyişəcək.

Yeri gəlmişkən, dünyada cəmi bir-iki ölkə var ki, telekommunikasiya sektorunda bizdəki fomada idarəetmə qalıb. Yol Xəritəsinə Prezident imza atıb. İcra üçün də vaxt az qalıb. Problem isə heç də asan deyil. Ciddi məsələlər həllini tapmalıdır.

Kommersiya, təsərrüfat və tənzimləmə funksiyalarını əlində cəmləyən NRYTN isə ciddi səhvlərə yol verir, var qüvvəsi ilə kommersiya xəttini gücləndirib, strategiya doğru qurulmur, bəsit və mənasız –imitasiya xaraketrli tədbirlərə üstünlük verilir, sektorda dövlətin xüsusi çəkisi hədsiz güclənib, rəqabətlə bağlı mühit nəinki inkişf etdirilmir, bu sektorda rəqabətli mühit hətta pisliyə doğru dəyişib.

Özəl provayderlər həyəcan təbili çalırlar. Hətta biznes sektoru qiymət endirimi ilə bağlı, liberallaşma ilə bağlı rəsmi açıqlamalar verir, amma NRYTN bu addımların reallaşmasına köməklik göstərmir.

Ümid edirəm Strateji Yol Xəritəsinin icra planı Prezident Administrasiyasının müvafiq şöbəsində əyləşənlərin də qarşısında var. Baş verənlərdən də bildiyim qədər xəbərdardırlar. Provayderlərin müraciətləri haqqında da ümid edirəm ki, məlumatları var”.(Yeni Sabah)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
15:04 Osman Nərimanoğlu DTX-nın həbs etdiyi dostu İkram Rafiqoğlunun müdafiəsinə qalxdı – Faktlar Demokratik.az-ın rəhbəri MŞ rəhbərliyinə açıq müharibə elan etdi Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında aparılan təmizləmə işlərilə bağlı maraqlı bir müəllif yazısı paylaşıb.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az