t s

» » Sahibkar Gömrük İdarəsinin qarşısında özünü yandırdı? - RƏSMİ

Sahibkar Gömrük İdarəsinin qarşısında özünü yandırdı? - RƏSMİ

19-06-2019, 15:45 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
Sahibkar Gömrük İdarəsinin qarşısında özünü yandırdı? - RƏSMİÖtən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Komitədən Mediaxeberleri.az-a verilən məlumata görə, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də vətəndaş məmnuniyyətinin təmin olunması, xarici ticarət iştirakçılarının müraciətlərinin operativ şəkildə araşdırılaraq obyektiv qiymətləndirilməsidir. Dövlət Gömrük Komitəsidaim vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə həssaslıqla yanaşır, onların müsbət həlli istiqamətində bütün vasitələrdən istifadə edir.

Eyni zamanda, fəaliyyəti zamanı qanunvericiliyin tələblərini pozan, vətəndaşların müraciətlərinə etinasızlıq göstərən gömrük əməkdaşları barədə də müvafiq tədbirlər görülür və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bir sözlə, gömrük orqanları vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin olunması, gömrük sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində bütün zəruri addımları atır və bu sahədə müsbət nəticələrin əldə edilməsi üçün vətəndaş cəmiyyəti, biznes strukturları, media qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir.

Lakin görülən işlərin, ortaya qoyulan nəticələrin fonunda gömrük orqanlarının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır və bu ölkənin iqtisadi təhlükəsizliyini təmin edən quruma qarşı yolverilməzdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az