t s

» » İki güləşçimiz Avropa çempionu oldu, ikisi finala çıxdı - VİDEO

İki güləşçimiz Avropa çempionu oldu, ikisi finala çıxdı - VİDEO

19-06-2019, 08:27 Yazar:  Firuzə Baxılıb: 91 Çap et
İki güləşçimiz Avropa çempionu oldu, ikisi finala çıxdı - VİDEO
İtaliyanın Faentsa şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatına millimiz uğurlu başlayıb.

Yunan-Roma güləşçilərimiz iki qızıl və bir bürünc medal qazanıb.

Məlik Əliyev (-48 kq) finalda Rusiya güləşçisi Damir Kalakutokla görüşdə 0:3 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib (5:3) və Avropa çempionu olub.

Yarımfinalda erməni rəqibi Varujan Antonyanı 4:0 məğlub edərək finala çıxmış Nihat Məmmədli (-55 kq) də qızıl medal qazanıb. O, Belarus idmançısı Qleb Makarankaya vaxtından əvvəl qalib gələrək (9:0) öz çəkisində Avropanın ən güclüsü adını qazanıb.

Xasay Həsənli (-65 kq) üçüncü yer uğrunda görüşdə Gürcüstandan olan rəqibi Nikoloz Marqvelaşviliyə ilk hissədə qalib gəlməklə (9:0) bürünc medalı boynundan asıb.

Qeyd edək ki, Fərid Sadıqlı (-45 kq) və Laçın Vəliyev (-92 kq) də sabah final görüşlərinə çıxacaq. Hər iki idmançımızın həlledici görüşdəki rəqibləri Rusiya güləşçiləri olacaq. Bundan başqa, Allahverdi Əliyev (-71 kq) sabah bürünc medal görüşünə çıxacaq. Təsəlliverici yarışlara çıxacaq Nihad Quluzadə (-51 kq) və Əli Alıyevin (-60 kq) də sabah bürünc medal qazanmaq şansı var.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Azərbaycanın iki güləşçisi Avropa çempionu olub, biri bürünc medal qazanıb İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatının ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb. Yunan-Roma güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla bitiriblər. Komandamızın heyətində bir gün öncə finala yüksələn Məlik Əliyev (48 kq) həlledici görüşdə
21:29 Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:55 Toğrul Əsgərov erməniyə qalib gəldi Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az