t s

» » "Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY

"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY

19-06-2019, 08:11 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY
Qaradağın marşrut problemi yenidən gündəmə gəlib. Lokbatan qəsəbə sakinləri şəhərin mərkəzinə birbaşa ictimai nəqliyyatın olmadığından gileylənirlər.

Cebhe.info-ya bununla bağlı şikayətlənən qəsəbə sakinlərdən biri Arzu İbrahimov şəhərə çatanadək 3 avtobus dəyişdiyini deyib:

“Lökbatandan şəhərə gəlmək üçün 2-3 marşrut dəyişməli oluram. Birbaşa Lökbatan qəsəbəsindən şəhərə avtobus işləmir. “28 May” metrosunun yaxınlığından “Binə” Ticarət Mərkəzinə yalnız biri - 125 saylı marşrut işləyir.

Hazırda nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 35 qəpikdir. Bu aztəminatlı ailələrin cibinə isə uyğun deyil. Mən 3 uşaq oxuduram. Bir valideyn üçün bir ayda yol xərci üçqat çıxır. Bu isə aldığım əməkhaqqının məbləğinə adekvat deyil”.

Qeyd edək ki, avqust ayında Bakıda sərnişindaşımada fəaliyyət göstərmək üçün 300 yeni avtobus gətiriləcək. Bakı Nəqliyyat Agentliyinin bildirdiyinə görə, Bakıya gətirilən həmin avtobuslar əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcək. Müasir standartlara cavab verən, kondisionerli avtobuslar, eyni zamanda, Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə də buraxılacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
22:46 Metro və avtobuslarda gediş haqqı artırıldı - 30 QƏPİK OLDU Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. ‌Mediaxeberleri.az Tarif Şurasına istinadən xəbər verir ki, ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının
18:56 Nazirlikdən özünü öldürmək istəyən sahibkarla bağlı - Rəsmi açıqlama Xəbər verdiyimiz kimi bu gün “Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədovun Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edib. Qarabağ veteranı olan Dönməz Məmmədov intihara cəhd etməsinə səbəb olaraq şəxsinə məxsus olan 501 nömrəli marşrut
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az