t s

» » Bürclər - 19 iyun

Bürclər - 19 iyun

19-06-2019, 07:48 Yazar:  Gülnar Baxılıb: 62 Çap et
Bürclər - 19 iyun
Qoç - günün ilk yarısından etibarən əhvalınızı korlayacaq məqamların təsirini artırmayın. Məişət problemləri ciddi narahatlıq yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin yüksəlməsinə imkan verməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin ayırd edilməsinə, münaqişəyə sövq etməyin. Qarşıdurma mənbəyinə çevrilməyin. Davadan uzaq durun.
Mənfi hisslər, aqressiv davranış əhvalınıza çox pis təsir edəcək.
Axşam saatlarında qan təzyiqinin düşməsi, başağrısı istisna deyil.

Buğa - peşəkar fəaliyyət müstəvisindəki məsələləri şəxsi münasibətlərə inikas etdirməyin. Əvvəlki əlaqələrin bərpası, köhnə təmasların yenidən gündəmə gətirilməsi zamanıdır. Yeni tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında hisslərinizdə səmimi olun. Planlaşdırılmamış hadisə, nəzərdə tutulmamış olay istisna deyil. Fors-majorun fəsadlarını daha da ağırlaşdırmayın.
Təmaslarda fikrinizi açıq bildirsəniz, uğurlara nail olacaqsınız.

Əkizlər - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.

Şir - yaşananlara daha sadə baxın. Səbəbsiz yerə sinirlənməyin və özünüzü dalandakı insan kimi hiss etməyin. Heç nəyi çətinləşdirməyin.
Yaxın ətrafınızdakı insanlardan birinin hiyləgərliyinin səbəblərini araşdırın. Problem böyüməmiş müşkülü həll edin.
Günün ikinci yarısında borcu qaytarın. Kredit ödənişini gecikdirməyin. Ailə üzvlərini tənqid etmək fikrindən uzaq olun. Münaqişə yaratmayın. Səmimi davranış ailədə sülhü qorumağın əsas şərtidir.

Qız - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.

Tərəzi - rəqiblərinizi üstələmək üçün gərəkli bütün metodlardan və vasitələrdən istifadə edin. Bədxahların məkrini, intriqalarını faş edin. Əks təqdirdə irəliləmək əvəzinə geriləyəcəksiniz. Populyar və məşhur olmaq istəyirsinizsə, yalnız bacarığınıza, zəhmətinizə güvənin.
Günün ikinci yarısında ürəkaçan şəraitdir. Çoxdan reallaşdırmağa çalışdığınız işə başlamaq üçün münasib zamandır.
Ailənizin azyaşlı üzvlərinə xüsusi diqqət ayırın. Onların sevinci sizi də şadlandıracaq. Axşam saatları romantik görüşlər üçün o qədər də əlverişli deyil. Açıq-saçıq geyimli insandan uzaq durun.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:27 Bürclər bizə nə vəd edir? - BU GÜN Qoç - çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd
07:50 Gün bol sürprizlər vəd edir - Astroloji proqnoz Qoç - çoxdan başladığınız işi bu gün başa vura bilərsiniz. Layihələri yarımçıq qoymayın. Yaşamınıza əhəmiyyətli dərəcədə təsir edə biləcək qərar istisna deyil. Yaşam və iş yerini dəyişmək, kollektiv fəaliyyəti intensivləşdirmək üçün münasib zamandır. Günün ikinci yarısında iş yerində rəhbərliklə
01:12 İyunun 21-nə olan - Astroloji proqnoz Qoç - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin. Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
00:20 İyunun 20-nə olan - Astroloji proqnoz Qoç - günün ilk yarısından etibarən əhvalınızı korlayacaq məqamların təsirini artırmayın. Məişət problemləri ciddi narahatlıq yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin yüksəlməsinə imkan verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin ayırd edilməsinə,
01:43 Bürclər nə vəd edir - Səhhətinizin qeydinə qalın Qoç - günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz. Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az