t s

» » Prezident bir gündə 15 sərəncamla sübut etdi ki...

Prezident bir gündə 15 sərəncamla sübut etdi ki...

19-06-2019, 07:07 Yazar:  Firuzə Baxılıb: 86 Çap et
Prezident bir gündə 15 sərəncamla sübut etdi ki...
Prezident 2019-cu ildə 4 ay intervalla verdiyi iki sərəncamla faktiki olaraq minimum əməkhaqqını iki dəfəyə qədər artırdı ki, bu da Azərbaycanın sosial dövlət modelinin mahiyyətini aydın təsəvvür etmək baxımından olduqca önəmlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. A.Camalqızı bildirib ki, Prezidentin şəhid varislərinə birdəfəlik yardımla bağlı sərəncamı, ardınca problemli kreditlərin həllinə yönəlik ideal qərarı, bundan sonra isə insanların sosial müdafiəsinin gücləndirilməsi üçün silsilə qərarları təsadüfü deyil:


“Sürətli şəkildə, bir-birinin ardınca həyata keçirilən islahatlar və ölkənin imkanlarının genişlənməsi ilə sosial layihələrin sistemli tətbiqi Prezident İlham Əliyevin böyük strateji planlarından xəbər verir. Yəni ölkənin iqtisadi qüdrətinə hesablanan strateji iqtisadi siyasət sosial paketlərin icrası ilə müşayiət olunur. Vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün bir ildə iki böyük sosial paketin tətbiqi isə iqtisadi islahatların ən qısa müddətdə necə böyük bəhrə verməsinin əyani sübutudur”.

A.Camalqızının sözlərinə görə, yüzlərlə hərbçinin, qaçqın və məcburi köçkünün mənzillə təminatı, 12,5 min şəhidin varisinə 11 min manat birdəfəlik ödəniş, üstəlik, dolların kursunun dəyişməsi ilə yaranan fərqi bütövlükdə dövlətin üzərinə götürməsi və problemli kreditlərə birdəfəlik nöqtə qoyulması bir neçə ay içərisində həyata keçirilən layihələrin sadəcə görünənləridir:

“Xatırlayırsınızsa, peşəkar iqtisadçılar problemli kreditlərin həlli məsələsində fərqin 3 hissəyə bölünməsini – yəni, bir hissəni krediti götürənin, digər hissəni bankın, 3-cü hissəni isə dövlətin üstlənməsini təklif edirdilər və bunu dünyada ən uğurlu model kimi təqdim edirdilər. Ancaq Prezident İlham Əliyev dünyada analoqu olmayan və sözün həqiqi mənasında nümunə göstəriləcək bir sərəncama imza atdı: dolların bahalaşması ilə kreditlərdə yaranan bütün fərqi tam şəkildə dövlət qarşıladı, üstəlik, həmin zaman ödənişi həyata keçirmək imkanında olan insanların artıq ödənişləri geri qaytarıldı və faizlər tamamilə sıfırlandıqdan sonra kredit öhdəliyini yerinə yetirmək üçün insanlara 5 il müddətinə, birinci il 0 faiz, digər illərdə isə cəmi bir faiz olmaqla vəsait ayrıldı. Bu, Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir”.

Politoloqun sözlərinə görə, Prezident bu gün imzaladığı 15 sərəncamla bu il ikinci, daha genişmiqyaslı sosial paketin icrasına start vermiş oldu:

“8 fevral tarixində Prezidentin imzaladığı sərəncamla minimum əməkhaqqı 1 martdan etibarən 130 manatdan 180 manata qaldırıldı ki, beynəlxalq iqtisadçılar belə bu qərarın çox müsbət olduğu barədə rəy verdilər. Bu qərar ümumilikdə 600 min insana – 450 min dövlət büdcəsində çalışan, 150 min isə özəl sektorda fəaliyyət göstərənlərə şamil olundu. Ancaq üstündən qısa müddət keçəndən sonra Prezident minimum əməkhaqqını 250 manata qaldırdı ki, bununla faktiki olaraq 6 ay ərzində minimum əməkhaqqı iki dəfəyə yaxın artmış oldu. Bu, Azərbaycanın müstəqillik dövründə rekord artımdır”.


A.Camalqızı bildirib ki, Prezidentin son sərəncamları faktiki olaraq minləri, onminləri yox, artıq milyonları əhatə edir:

“Bu gün imzalanan sərəncamlar artıq əməkhaqqının 10-15 faizlik deyil, 40-50 fazilik artımını nəzərdə tutur ki, bu, təkcə insanların sosial müdafiəsinin gücləndirilməsi deyil, həm də vətəndaşlarımızın maddi imkanlarının ciddi şəkildə yaxşılaşması deməkdir. Və nəzərə alsaq ki, bu sərəncamlar ümumilikdə 2 milyon nəfərə şamil olunur, demək, heç bir Azərbaycan ailəsi bu sərəncamlardan kənarda qalmır”.

A.Camalqızı Prezidentin bu sərəncamlarının həm də ictimai-mənəvi təsirinə toxunub:

“İnsanların öz dövlətinə, öz Prezidentinə güvənməsindən qürurlu heç nə ola bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi bütün siyasət vətəndaşın dövlətinə güvənməsi, ona arxalanmasına hesablanıb və təsadüfü deyil ki, bu inam, bu güvənc bu gün İlham Əliyevin reytinqində, xalqın öz liderinə sonsuz sevgisində özünü birbaşa göstərir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az