t s

» » Çində baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb, 100-dən çox yaralı var

Çində baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb, 100-dən çox yaralı var

18-06-2019, 07:51 Yazar:  Azad Baxılıb: 49 Çap et
Çində baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb, 100-dən çox yaralı var
Çinin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artaraq 11 nəfərə çatıb, daha 122 nəfər də xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Bundan bir qədər əvvəl azı 6 nəfərin öldüyü, 75 nəfərin də xəsarət aldığı deyilirdi.

Qeyd edək ki, 5,9 maqnitudalı zəlzələ yerli vaxtla saat 22:50-də (Bakı vaxtı ilə 17:50) Sıçuan və Quyçjou əyalətlərinin sərhədində baş verib. Yeraltı təkanların episentri Çannin rayonundan 19 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:25 Yeni Zelandiyada 7,4 maqnitudalı zəlzələ olub Yeni Zelandiyada 7,4 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Tədqiqatlar Xidməti məlumat yayıb. Bildirilir ki, yealtı təkanlar yerli vaxtla 22:55-də, episentri isə L’Esperans adasından 104 kilometr şimal-şərqdə və 35 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində dağıntı
11:50 İrandakı zəlzələdə yaralı sayı 550 nəfərə çatdı - YENİLƏNİB-4 İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb. Bu barədə İran telekanalları məlumat yayıb. Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək. İranın İraqla sərhəddə yerləşən
07:54 İranda güclü zəlzələ: xəsarət alanların sayı 550-yə çatdı - YENİLƏNİB - FOTO İranda zəlzələ nəticəsində ölənlərin sayı 210-a çatıb. Mediaxeberleri.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Fars" agentliyinin yaydığı məlumatda deyilir. --------- 23:33 İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə
07:28 Rufiz Qonaqov: Azərbaycan televiziyası cəmiyyətin sosiallaşması prosesində iştirak payını sürətlə artırmaqdadır Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır. Mediaxeberleri.az bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun məqaləsini
14:01 Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb. İki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az