t s

» » Qazaxıstanda yeni nazirliyə rəhbər təyin olunub

Qazaxıstanda yeni nazirliyə rəhbər təyin olunub

17-06-2019, 21:49 Yazar:  Azad Baxılıb: 32 Çap et
Qazaxıstanda yeni nazirliyə rəhbər təyin olunub
Baxıt Sultanov Ticarət və İnteqrasiya naziri təyin edilib


Qazaxıstan prezidenti Qasım Comərt Tokayev paytaxt Nur-Sultan şəhərinin hakimi Baxıt Sultanovun Ticarət və İnteqrasiya naziri təyin edilməsi barədə fərman imzalayıb.

Sənəd ölkə prezidentinin akorda.kz rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bir qədər əvvəl dövlət başçısının müvafiq fərmanı ilə yaradılan Ticarət və İnteqrasiya Nazirliyinə Milli İqtisadiyyat Nazirliyinin daxili və xarici ticarət siyasətinin hazırlanması və həyata keçirilməsi, beynəlxalq iqtisadi inteqrasiya, istehlakçı hüquqlarının qorunması sahəsində, Sənaye və İnfrastruktur Nazirliyinin texniki tənzimləmə, standartlaşdırma, vahid ölçü sisteminin təmin edilməsi sahəsində, Xarici İşlər Nazirliyinin ixracatı dəstəkləməklə bağlı fəaliyyətin əlaqələndirilməsi sahəsindəki səlahiyyətləri həvalə olunub.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq B.Sultanov şəhər rəhbərliyi vəzifəsindən azad edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
16:49 Azərbaycanda yeni komitə yaradıldı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Tikinti materialları,
18:12 Böyük Səlcuqların Alp Arslan zirvəsi Nizami Cəfərov, filologiya elmləri doktoru, professor, millət vəkili Yunus Oğuz türklərin tarixinə həsr olunmuş bir sıra tarixi romanlarından sonra müəllifin yaradıcılıq texnologiyasına yaxşı bələd olan oxuculara özünün «Sultan Alp Arslan»ını təqdim edir. Hər şeydən əvvəl, romanın bədii
01:23 Şamaxıda kimin sözü keçir: icra başçısının, yoxsa?.. Rayonda idarəetmədə və mühüm vəzifələrə təyinat məsələsində söz sahibi köhnə müxalifətçi Qasım Qasımovdur Şamaxıda yenə narazılıqlar yaşanır. Rayonun ziyalıları icra hakimiyyətində oturuşmuş bəzi məmurların özbaşınalığından ölkə rəhbərliyinə şikayətlidir. Bəs, rayonda nə baş verir? Kimdir,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az