t s

» » Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında

Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında

20-02-2015, 09:26 Yazar:  Aygün Baxılıb: 764 Çap et
Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalındaİdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb.

Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.

Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparırlar. “B” qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları çıxış edir.

Yarışda baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında 12 güləşçimiz təmsil olunub.

Azərbaycan yığması İran komandasına 6:2, Almaniya millisinə və İsveç yığmasına isə 7:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Qeyd edək ki, bu nəticə ilə yunan-Roma güləşi üzrə yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq. İran və Türkiyə yığmaları isə 3-cü yer uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, ötən ilki yarışda Azərbaycan yığması ilk dəfə olaraq üçüncü yeri tutmuşdu.

AZƏRBAYCAN-İran 6:2

59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4
85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1
130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0

AZƏRBAYCAN-Almaniya 7:1

59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0

AZƏRBAYCAN-İsveç 7:1

59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:15 «Almaniya və Türkiyə Minsk qrupu həmsədirliyinə gətirilsin» Azay Quliyev ATƏT PA-da bununla bağlı Almaniya və Türkiyənin Minsk Qrupu həmsədirliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib Milli Məclisin deputatı Azay Quliyev ATƏT PA-da Almaniya və Türkiyənin Minsk qrupu həmsədirliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib. Millət vəkili bildirib ki,
16:12 Dünya Kubokunda güləşçilərimizin böyük uğuru - FOTO + VİDEO İdmançılarımız yüksək nəticə göstərib. İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Azərbaycan Güləş Fedirasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə,yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya,
13:30 Millimiz İrana qalib gəldi İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start verilib. Mediaxeberleri.az xəbər verir ki, report-un məlumatına görə, A qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşündə İran yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin böyük hesablı qələbəsi ilə
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz
14:51 Dünya liqası: Azərbaycan Fransadan öndədir Bu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir. Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir. Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az