t s

» » Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

16-06-2019, 08:28 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu
Latviyalı Mayris Briedis Ümumdünya Boks Superseriyasının (WBSS) ikinci mövsümünün 90,71 kq-ə qədər çəki kateqoriyasında finalçısı oldu. O, Riqada baş tutan 12 raundluq döyüşün üçüncü raundunda polşalı Kşiştof Qlovatski üzərində texniki nokautla qələbə qazandı və Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu adını aldı.

Final döyüşündə Briedisin rəqibi kubalı Yuniel Dortikos olacaq. Qeyd edək ki, Dortikos Riqada keçirilən digər yarımfinalda amerikalı Endrü Tabitini 10-cu raundda nokauta yollamaqla qələbə qazanmışdı.

Ümumdünya Boks Superliqası hər il professional boksçular arasında keçirilən turnirdir. Qalib Məhəmməd Əlinin Kubokunu və 10 mln dollar məbləğində pul mükafatı alır. Turnirin ümumi mükafat fondu isə 50 mln dollar təşkil edir. Birinci mövsümdə turnirin qalibləri Usik (90,71 kq-a qədər çəki kateqoriyası) və britaniyalı Kallum Smit (76,2 kq-a qədər) olmuşdular.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
09:09 Kliçko nokauta düşdü: Coşya çempiondur Ukraynalı məşhur boksçu Vladimir Kliçko britaniyalı idmançı Entoni Coşyaya texniki nokautla uduzub. Mediaxeberleri.az xəbər verir ki, ağır çəkidə Beynəlxalq Boks Təşkilatı (IBO), Beynəlxalq Boks Federasiyası (IBF) versiyası, həmçinin Ümumdünya Boks Assosiasiyasının dünya çempionu adı uğrunda
11:55 Çaldıran döyüşü haqqında 11 mif Mediaxeberleri.az APA TV-yə istinadla tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin Çaldıran döyüşü ilə bağlı 11 mif barədə məlumatını təqdim edir: 1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş olub. Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif səbəbləri
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
20:41 Azərbaycanlı boksçular dünya reytinqində birinci oldu - SİYAHI Bağırov digər rəqiblərinə nisbətən 1 görüş az keçirib. Ümumdünya Boks Seriyası (WSB) 9-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Azərbaycan Boks Federasiyasından daxil olan məlumata görə, “Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur. 56 kq çəki dərəcəsində mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az