t s

» » AzTV-də qalmaqal: verilişinin yayımı dayandırılıb

AzTV-də qalmaqal: verilişinin yayımı dayandırılıb

15-06-2019, 10:32 Yazar:  Firuzə Baxılıb: 114 Çap et
AzTV-də qalmaqal: verilişinin yayımı dayandırılıb
AzTV-də yayımlanan "Palitra ART" verilişinin yayımı dayandırılıb.

Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib. İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib.

"Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir", deyə o, bildirib.

A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib:

"Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?".

Əldə etdiyimiz məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.
Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan "Anşlaq" proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:30 AzTV-də yaradılan Bədii Şura nə iş görəcək? - AÇIQLAMA Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Bədii şuranın məqsədi nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq,
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
15:12 37 yaşlı xanımı Yaqub Zurufçudan elə sözlər dedi ki... - “Mənə lüks həyat yaşatmır” Tanınmış müğənni Yaqub Zurufçu Azərbaycana gəlib. Müğənni ilə İçərişəhərdə qarşılaşdıq. O, ailəsi – həyat yoldaşı Aynur xanım və oğlu Atilla ilə birgə gəzintiyə çıxdığını dedi. Əvvəlcə müsahibə verməkdən boyun qaçıran sənətçi və xanımınından çətinliklə də olsa, bəzi suallarımıza cavab ala bildik.
13:03 Birincilik missiyası: AZTV 61 ildir onu böyük iftixar hissi ilə həyata keçirir Qafar Əsgərzadə əməkdar jurnalist Bu nəcib yol isə 1956-cı ilin 14 fevralında başlandı. Həmin gün Bakı Televiziya Studiyasının (indiki Azərbaycan Televiziyası) efirə çıxması ölkəmizin ictimai-siyasi və mədəni həyatında olduqca böyük hadisəyə çevrildi. Bu barədə çox danışılıb və yazılıb. Amma yenə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az