t s

» » Oqtay Şirəliyev ərizəsini geri götürdü

Oqtay Şirəliyev ərizəsini geri götürdü

14-06-2019, 22:02 Yazar:  Sevda Baxılıb: 31 Çap et
Oqtay Şirəliyev ərizəsini geri götürdü



Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə T. Kərimov məlumat yayıb. Bildirib ki, bu günə təyin olunan prosesdə elan olunub ki, O.Şirəliyev şikayətini geri götürüb. Buna görə də şikayət icraata qəbul edilməyib.

Xatırladaq ki, Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirərək, onkoloji xəstə olan anasından xəstəxanada rüşvət tələb olunduğunu, dərmanların verilmədiyini iddia edib. O, dərmanları almaq üçün üst paltarını soyunaraq satışa çıxardığını bildirib.

Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.
O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq, T.Kərimovun nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.

Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi

Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.[/b]




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
23:43 Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur. Bu gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
12:27 Deputatlardan internet TV-lər barədə sərt təklif Azərbaycanda internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atanlar, təhqir edənlər cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək. Mediaxeberleri.az bu barədə modern.az-a istinadla xəbər verir. Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1
07:57 Atasının yasına gəlməyən Gülnarənin qaranlıq həyatı: xəyanət, cadugərlik, mafiya… Özbəkistanın mərhum prezidenti İslam Kərimovun son mənzilə yola salınması ilə bağlı təşkil olunan mərasimdə böyük qızı Gülnarə Kərimova gözə dəymədi. O G.Kərimova ki, illərdir ev dustağıdır və nə anası, nə də bacısı ilə danışır. Bir zamanlar hamını şoka salan “kriminal baronessa” bu gün ailəsinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az