t s

» » “Özünü kanala atdı” - Şəkidə 56 yaşlı çobanı döyən aqronom

“Özünü kanala atdı” - Şəkidə 56 yaşlı çobanı döyən aqronom

14-06-2019, 12:20 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
“Özünü kanala atdı” - Şəkidə 56 yaşlı çobanı döyən aqronomŞəkidə 56 yaşlı çobanın döyülməsinin təfərrüatı məlum olub.

Rayonun Böyük Dəhnə kəndinin aqronomu Abbas Abdullayev Mediaxeberleri.az-a açıqlamasında qoyunlarını onun nəzarətində olan otlaq sahəsinə salan İslam Məmmədovu döymədiyini dedi:

“Mən təsərrüfatla məşğulam. İpəkçilik üzrə həm ali təhsilli aqronom, həm də texnoloqam. Çindən 2 min tut ağacı gətizdirmişəm. Sözü gedən əraziyə 10 minə yaxın tut ağacı əkmişəm. Məqsədim baramaçılığın inkişafına dəstək verməkdir. 3 ildir ki, mənim dövlət layihəmi İslam Məmmədov zay edir. Gecələr qapını qırıb ora iri buynuzli mal-qarasını salır, heyvanlar ağacları pis günə qoyur. Deyir bu ərazidə ancaq mənim heyvanlarım otlamalıdır. Şikayət etmədiyim adam qalmayıb. Bu adamı yığışdıra bilmirlər, hamı onun əlindən zara gəlib. Dünən sahəyə baxmağa getmişdim. Özüm də tək deyildim, qohumlarımdan iki nəfər yanımda idi. Sahəyə çatanda gördüm ki, İslam Məmmədov əlində iki metrəlik bir çomaq, qarşısında da qoyunları… Dedim niyə belə edirsən? Məqsədin nədir? Məni nalayiq söyüşlərlə təhqir elədi. Yaxınlaşanda özünü böyük kanala atdı. Gördüm ki, vəziyyəti pisdir. Qohumlarıma telefon edib kömək istədim. Onların köməkliyi ilə İslamı kanaldan çıxartdırdım və xəstəxanaya apardılar. Mənim ona əlim də dəyməyib”.

Abbas Abdullayev bildirdi ki, hadisə yerindən birbaşa Şəki Rayon Polis Şöbəsinə gedib:

“Olanlarla bağlı izahat verdim. Çünki ona etibarım yoxdur, məni şərləməyinə imkan vermərəm. Sonra eşitdim ki, deyib ki, guya onu mən döymüşəm”.

Qeyd edək ki, Şəki şəhərində 56 yaşlı çoban döyülüb. Rayonun Böyük Dəhnə kənd sakini İslam Məmmədovun döyülməyinə səbəb qoyunlarını başqa adamın nəzarətində olan otlaq sahəsinə salması olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az