t s

» » "Yanardağ"a giriş haqqı DƏYİŞDİRİLƏCƏK

"Yanardağ"a giriş haqqı DƏYİŞDİRİLƏCƏK

13-06-2019, 22:10 Yazar:  Aytən Məmmədli Baxılıb: 122 Çap et
"Yanardağ"a giriş haqqı DƏYİŞDİRİLƏCƏK
Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək.

Mediaxeberleri.az
-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Yanardağ" qoruğuna mediatur zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, avqustun 1-dən əcnəbi turistlər üçün "Yanardağ"a giriş haqqı 9 manat olacaq: "Avqustun 1-dən qiymətlər fərqli olacaq. Yerli turistlər üçün qiymətlər yenə də 2 manat olacaq. Amma tələbələr üçün qiymət 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

Agentlik sədri qeyd edib ki, əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətləri üçün köhnə qiymətlər tətbiq ediləcək.

F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir: "Hazırda da turistlərin sayında dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Bura gələnlərin sayını artırmaq üçün təbliğatı davam etdirməliyik. Hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olacaq".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:17 Otellərdə qiymət yüksəkdirsə, turist də “yer yoxdur” cavabı alırsa... - TƏHLİL Hər Yeni il ərəfəsində insanların, istirahətlərini təşkil etmək üçün müxtəlif planlar qurmaları təbiidir. Kimisi bayram tətilini yaxın və uzaq xarici ölkələrdə keçirməyə üstünlük verirsə, kimisi də seçimini ölkə üzərində saxlayır. Yeni il bayramı ilə bağlı regionlarda istirahətin və bayram
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
18:30 İlham Əliyev nazirliyin rayon şöbələrini ləğv etdi Prezident sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət
20:37 AXCP-nin anti-böhran paketinə dəstək Partiya böhrandan çıxış yollarını göstərir Natiq Cəfərli: “Turizmi inkişaf etdirmək üçün viza rejimi sadələşdirilməlidir” Vüqar Bayramov: “Qonşu ölkələrdə turizmin inkişafına birbaşa dövlət dəstəyi var” Fəxrim Əbdüləzimov: “Müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə xüsusi diqqət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az