t s

» » Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir

Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir

12-06-2019, 20:23 Yazar:  Gülnar Baxılıb: 30 Çap et
Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verəcək.

Bu barədə Abdullayev özü sosial şəbəkədə məlumat yayıb.

Xalq yazıçısı ilə gənc yazar arasındakı davaya səbəb isə E.Baratın onunla bağlı sosial şəbəkədə paylaşdığı foto və status olub.

Belə ki, Barat avtomobil fotosu paylaşaraq iddia edib ki, Xalq yazıçısı AYB-yə gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatı mənimsəyərək özünə altıncı maşını alıb.

“Bu da Çingizin altıncı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə, restoranı icarəyə verir, büdcəni dağıdır, Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar”.

Ç.Abdullayev isə bu iddianı cavabsız qoymayıb.
Onun sözlərinə görə, sözügedən maşın altı il əvvəl alınıb:

“Vicdansız Elşad Barat! “Cip” maşınım altı il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ “Camry” isə şəxsən mənə aid deyil. Bu, dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq, mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay dərman üçün yardım alır. AYB-nin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim öz şəxsi vəsaitindən sənə yardım da edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm”.(Oxu.Az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
21:46 Sadiq dost - (hekayə) Çingizin Reks adlı bir iti var idi. Çox sadiq idi. Heç deməzdin ki, heyvandır. Çingizin ona olan qayğısı iti ona bir qədər də bağlamışdı. Bu səbəbdən də o, dostunu həmişə qoruyurdu. Hara getsə yanı ilə gedirdi. Başını ayaqlarına sürtüb əziziləyirdi. Onların dostluğundan bütün uşaqlar, qonşular
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
10:36 Ədəbiyyatın susmayan vicdanı - Vidadi Babanlı ilə söhbət 89 yaşlı yazıçı həyat hekayətindən danışdı: “Hələ də ad vermirlər...” İllər öncə bir yeniyetmə marağı ilə onun “Vicdan susanda” əsərini birnəfəsə oxuyanda bir gün üzbəüz oturub söhbət edəcəyim, bu əsərin necə ərsəyə gəlməsi, onun həyatı və yaradıcılığı ilə bağlı müsahibə alacağım ağlımın ucundan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az