t s

» » Messi dünyanın ən çox pul qazanan idmançısıdır

Messi dünyanın ən çox pul qazanan idmançısıdır

12-06-2019, 19:30 Yazar:  Gülnar Baxılıb: 22 Çap et
Messi dünyanın ən çox pul qazanan idmançısıdır
Forbes jurnalının yeni dərc etdiyi reytinqə əsasən, Barselona futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi dünyanın ən çox pul qazanan idmançısıdır. Jurnalın verdiyi məlumata görə, onun əldə etdiyi gəlir 127 milyon dollar təşkil edib.

Reytinqin ikinci və üçüncü yerlərində, Yuventus klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu və PSJ klubunun braziliyalı hücumçusu Neymar qərarlaşıblar. Onların əldə etdikləri gəlirlər müvafiq olaraq 109 və 105 milyon dollar təşkil edib.

Forbes jurnalının reytinqində dördüncü yerdə 94 milyon dollarla meksikalı boksçu Kanyelo Alvares yer alıb. İlk beşliyə daxil olan digər idmançı isə isveçrəli tennisçi Rocer Federerdir. Federer Alvaresdən təxminən yarım milyon dollar geridədir.

Ən çox gəlir qazanan ilk 100 idmançı arasında yer almağa müvəffəq olan yeganə qadın Serena Uilyams olub. Onun gəliri təxminən 29 milyon dollar təşkil edib.

Son yeddi ildə dörd dəfə ilin reytinqində birinci yerdə olan boksçu Floyd Meyvezer bu ilin reytinqində ilk 100-lüyə daxil ola bilməyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
11:44 Messi dünyanın ən yaxşı idmançısı adına namizəd oldu Ümumdünya "Laurens" İdman Akademiyasının versiyası üzrə 2015-ci ilin ən yaxşısı adına namizədlər açıqlanıb.[/b] Mediaxeberleri.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, 2000-ci ildən başlanan mükafatlandırma mərasimi 4 ildən sonra yenidən Avropada təşkil olunacaq. Aprelin 18-də ilk dəfə
09:07 Lionel Messi 3 dəqiqəyə iki qol vurdu. Oyunun qəhrəmanı Lionel Messi oldu. Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyununda “Barselona” (İspaniya) öz meydanında Almaniya “Bavariya”sını darmadağın edib, 3:0. Mediaxeberleri.az xəbər verir ki, hər üç qol oyunun ikinci hissəsində vurulub. İlk 45 dəqiqə meydan sahiblərinin tam
08:53 “Forbes”in “tapa bilmədiyi” azərbaycanlı milyarderlər Onları Azərbaycan xalqı çox yaxşı tanıyır; azərbaycanlı leqal zənginlər son siyahıda yenə ölkəmizi yox, Rusiya və Türkiyəni təmsil edib; gəlir bəyannaməsi haqda qanunun 10 ildir işləməməsi təsadüfmü?.. Bir neçə gün öncə ABŞ-ın biznes xəbərləri üzrə ixtisaslaşan məşhur “Forbes” jurnalı 2014-cü ilin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az