t s

» » Yaponiya baş naziri İranda səfərdədir

Yaponiya baş naziri İranda səfərdədir

12-06-2019, 19:24 Yazar:  Azad Baxılıb: 41 Çap et
Yaponiya baş naziri İranda səfərdədir
Yaponiya baş naziri Şinzo Abe çərşənbə günü Tehrana gəlib. Yaponiya baş nazirinin bu səfərlə sanskiyalara məruz qalmış ölkə ilə Birləşmiş Ştatlar arasında yaranmış gərginliyin yumşalmasına çalışacağı gözlənilir.

Abe 1979-cu il İslam İnqilabından sonra İrana səfər edən ilk Yaponiya lideridir.

ABŞ-ın müttəfiqi olmaqla yanaşı İranla yaxşı diplomatik münasibətlərə malik olan Yaponiya İslam Respublikası və Birləşmiş Ştatlar arasında vasitəçilik edə biləcək unikal vəziyyətə malikdir.

Keçən ay Yaponiyaya dörd günlük səfəri zamanı ABŞ prezidenti Donald Tramp İranla danışıqlar apardığı üçün Abeni alqışlayıb və Tokio ilə Tehran arasındakı “çox yaxşı münasibətləri” xüsusi vurğulayıb.

Bir il öncə prezident Tramp ABŞ-ın İran və dünya qüdrətləri arasında imzalanan nüvə sazişindən çıxarılması qərarın; vermişdi. O zamandan bəri Vaşinton və Tehran arasında münasibətlər gərginləşib. Son həftələr isə bu gərginliyin daha da artdığı müşahidə edilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:00 Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb. Mediaxeberleri.az xəbər verir ki, T.Kano 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, ölkəmizdə səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə
00:30 Türkiyə İrana və Rusiyaya qarşı çox diqqətli davranmalıdır - Xaliq Səfəvi Bu davranışlar İran və Rusiyaya da aiddir. Müsahibimiz Beynəlxalq Hüquq üzrə mütəxəssis, politoloq, h.ü.f doktoru, dosent Xaliq Səfəvidir İranın son zamanlar Suriya prezidenti Bəşər Əsədə dəstək verməsinin səbəbləri nədir? İran nəinki son zamanlar, ümumiyyətlə Suriya hadisələri
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
08:27 İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi... Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir. Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az