t s

» » Qarabağda böyük müharibə başlaya bilər - Video

Qarabağda böyük müharibə başlaya bilər - Video

12-06-2019, 14:38 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
Qarabağda böyük müharibə başlaya bilər - VideoErmənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttində təxribatlara aidiyyətinin olmadığını bildirməsi onun baş verən hadisələrin məsuliyyətindən yayınmaq istədiyini göstərir.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev son vaxtlar Ermənistan tərəfinin cəbhədə müxtəlif təxribatlara əl atması haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Paşinyanla Qarabağ klanı ilə arasında gedən mübarizə pik nöqtəyə çatıb:

“Ona görə Paşinyan Sankt-Peterburqda keçirilən forumda cəbhə xəttindəki təxribatlara hər hansı aidiyyətinin olmadığını bildirib. Paşinyan özü də başa düşür ki, onu təxribatlara çəkərək, hakimiyyətdən devirməyə çalışırlar. Dağlıq Qarabağ klanı və separatçılar Ermənistanda elə bir vəziyyət yaradıb ki, bütün bu baş verən hadisələrdə məhz Paşinyanı günahlandırsınlar. Görünən odur ki, Ermənistan baş nazirinin siyasi təcrübəsizliyi onu bu gün çox aciz və qorxaq vəziyyətə salıb”.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyi artıq danışıqların birmənalı şəkildə həm humanitar, həm də qlobal istiqamətdə İrəvanın cavab verməli olduğu mərhələyə qədəm qoyduğunu anlayır:

“Azərbaycan tərəfi və ATƏT-in Minsk Qrupunun nümayəndələri açıq şəkildə bəyanat verməlidir ki, əgər proses bu cür davam edərsə, bu, böyük bir müharibəyə çevrilə bilər. Müharibə başlasa, artıq bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq. Buna görə də Minsk Qrupu ilə bərabər, regional dövlətlər də bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Onlar Ermənistanı kəskin şəkildə tənqid edib, danışıqlar masasına əyləşdirməklə Azərbaycanın ərazi bütövlüyü məsələsinin həllinə nail olmalıdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:21 "Jurnalistlərimiz cəbhədəki gərginliyə həssas və peşəkarcasına yanaşdılar" - Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin AZƏRTAC-a müsahibəsi - Ramiz müəllim, ekspertlər 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri ən ciddi gərginlik halı kimi
19:38 Ramiz Mehdiyev: “Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: “Azərbaycan ordusu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev AZƏRTAC-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir:
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az