t s

» » “Onlayn medianın məsələsini Milli Məclisdə yenidən qaldıracam” – Əflatun Amaşov

“Onlayn medianın məsələsini Milli Məclisdə yenidən qaldıracam” – Əflatun Amaşov

12-06-2019, 13:52 Yazar:  Azad Baxılıb: 21 Çap et
“Onlayn medianın məsələsini Milli Məclisdə yenidən qaldıracam” – Əflatun Amaşov
“Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirməyi düşündüyünü vurğulayıb.

“Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki, məsələ növbəti payız mövsümündən başlayaraq Milli Məclisdə gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən hər hansı onlayın internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır.

“Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.

Əflatun Amaşov onlayn medianın maliyyələşməsi məsələsini bir neçə dəfə parlamentdə müzakirəyə çıxarıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:03 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- KİV-in maliyyələşməsi məsələsi yenə gündəmdə olub Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. İclasda öncə Azərbaycan Respublikası Prezidenti yanında
09:33 “Bizə düşmən kəsilənlər də var” - Əflatun Amaşov Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş
09:27 Əflatun Amaşov: "Vəziyyətlə bağlı Prezidentə müraciət etmişik, cavab gözləyirik" - Müsahibə Manatın dəyərdən düşməsi bütün sahələrə təsir etdiyi kimi, mətbuatın da durumu kifayət qədər ağırlaşıb. Kağızın qiymətinin bahalaşması, çap xərclərinin artması yazılı medianı çıxılmaz durumla üz-üzə qoyub və dövlətin mətbuatı xilas tədbirləri barədə qərarı olmasa, sonuc heç də yaxşı olmayacaq.
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
10:00 Əflatun Amaşov internet medianın maliyyələşməsindən danışdı - MÜSAHİBƏ Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun APA-ya müsahibəsi - Ölkədəki son vəziyyətin fonunda medianın durumunu necə xarakterizə edərdiniz? - Media cəmiyyətin formalaşmasında, müəyyən dəyərlər əldə etməsində mühüm missiya yerinə yetirir. Ancaq media eyni zamanda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az