t s

» » AVRO-2020 oyunlarının bilet satışına start verilir

AVRO-2020 oyunlarının bilet satışına start verilir

12-06-2019, 11:12 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
AVRO-2020 oyunlarının bilet satışına start verilirBu gün 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi saytında turnirin final hissəsinə biletlərin satışına başlanılacaq.

UEFA-nın saytında yayımlanan xəbərə görə, biletlərin satışı iyulun 12-dək davam edəcək.

Satış Bakı vaxtı ilə 16:00-dan etibarən başlayacaq və biletlər yalnız onlayn formada satılacaq.

Xatırladaq ki, AVRO-2020-nin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Turnirin 60 illik yubileyinə həsr olunmuş çempionat 12 şəhərdə baş tutacaq.

Bunlar London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt, Amsterdam və Sankt-Peterburqdur.

Bakıda AVRO-2020-nin üç qrup qarşılaşması və dörddə bir finalın bir oyunu baş tutacaq.

Paytaxtımızda baş tutacaq qarşılaşmaları izləmək üçün onlayn satışa çıxarılan birinci kateqoriyalı biletlərin qiyməti 125 avro (250 AZN - red.), ikinci 75 avro (150 AZN - red.), üçüncü isə 30 avrodur (60 AZN - red.).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:55 AVRO-2020-nin oyunlarına bilet satışı başlayır - QİYMƏTLƏR UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək AVRO-2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
22:30 AvroLiqanın final oyununun biletləri satışa çıxarıldı - BAKIDA UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına start verilib. Mediaxeberleri.az xəbər verir ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa çıxarılacaq.
05:54 Qatarlara onlayn bilet almaq qaydaları dəyişdirildi- YENİLİK Azərbaycanda qatarlara onlayn bilet alınması qaydaları dəyişib. Azadinform «Azərbaycan Dəmir Yolları» QSC istinadən məlumat verir ki, dəyişikliklərdən sonra onlayn biletlərin alınması daha asan və rahat olacaq. Əsas dəyişikliklərdən biri onlayn satılan biletlərin sayı ilə bağlıdır. Əvvəllər qatara
00:29 “Bakı 2015: Birinci Avropa Oyunları” – İkitərəfli Qələbə Formulu Birinci Avropa Oyunları başladı. Paytaxt Bakı möhtəşəm tədbirə layiqincə ev sahibliyi edir. Möhtəşəm aşılış baş tudu. Fəxri qonaqların – müxtəlif ölkələrin dövlət başçılarının, hökumət rəhbərlərinin iştirakı bu oyunların nəinki Avropa, elə dünya üçün də əhəmiyyətli olduğunu göstərdi. Bütün iştirakçılar, qonaqlar, beynəlxalq və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az