t s

» » Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...

Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...

12-06-2019, 07:36 Yazar:  Firuzə Baxılıb: 50 Çap et
Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV turun son 13 oyunu keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, 5 qrupu əhatə etmiş qarşılaşmalar içərisində daha çox H qrupunda İslandiya - Türkiyə görüşü diqqət mərkəzində olub.

"Ay-ulduzlular" ilk 3 matçda qol buraxmadan qalib gəlsələr də, bu dəfə məğlubiyyətlə barışmalı olublar. Beləliklə, Türkiyə millisi yenə İslandiyaya səfərdə qalib gələ bilməyib.

H qrupundakı digər oyunlara gəldikdə, Fransa səfərdə Andorranı 4:0 hesabı ilə məğlub edib. Albaniya isə evdə Moldovanın qapısından 2 cavabsız top keçirib. Bu nəticələrdən sonra turnir cədvəlində Fransa, Türkiyə və İslandiya hərəyə 9 xalla ilk 3 yeri bölüşür.

Azərbaycan millisinin Slovakiyaya 1:5 hesabı ilə uduzduğu E qrupunda daha bir oyun lider Macarıstanla cəmi 3 xalı olan Uels arasında keçirilib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Macarıstan millisi qrupda vahid liderliyini davam etdirib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi isə İtaliyada hesabda önə keçsə də, hesabı qoruya bilməyib və 2 top buraxaraq uduzub - 1:2.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
08:21 DÇ-2018: Azərbaycan millisi böyük hesabla məğlub oldu – VİDEO Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində son oyununu keçirib. Mediaxeberleri.az-ın xəbərinə görə, C qrupunda yer alan Robert Prosineçkinin yetirmələri səfərdə Almaniya yığmasının qonağı olub. “Frits Valter” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:1
08:57 Türkiyə qələbəni əldən verdi, Belçikadan darmadağın Fatih Terimin komandası oyuna əlavə olunmuş ikinci dəqiqədə qapısında qol görüb AVRO-2016-nın seçmə mərhələsində V turun oyunları davam edir. Mediaxeberleri.az-ın "Apasport"a istinadən məlumatına görə, millimizin qrupu ilə yanaşı, daha 6 qarşılaşma baş tutub. Turun ikinci günü qonşu Türkiyə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az