t s

» » Nazir jurnalistin narkotikdən həbsinin qurama olduğunu təsdiq etdi - Rusiyada

Nazir jurnalistin narkotikdən həbsinin qurama olduğunu təsdiq etdi - Rusiyada

11-06-2019, 21:59 Yazar:  Nurlan Baxılıb: 49 Çap et
Nazir jurnalistin narkotikdən həbsinin qurama olduğunu təsdiq etdi - Rusiyada
Həbs olunan jurnalist İvan Qolunov bu gün azad olunacaq

Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsev generalların qovulacağını da açıqlayıb...

Rusiyada narkotik satmaqda ittiham olunaraq həbs olunan jurnalist İvan Qolunov bu gün azad olunacaq. Jurnalist haqqında açılan cinayət işi artıq bağlanıb.

Bu barədə Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsev yaydığı videobəyanatda bildirib. Rusiya DİN rəhbəri general mayor Andrey Puçkovun və general mayor Yuri Devyatkinin istefaya yollanılması ilə bağlı Rusiya prezidentinə müraciət edəcəyini də qeyd edib.

Qeyd edək ki, jurnalust İvan Qolunovun həbsi Rusiya ictimaiyyətində böyük etiraza səbəb olmuşdu. Jurnalist onun cibinə və evinə polislər tərəfindən narkotik atıldığını və ona qarşı peşə fəaliyyətinə görə sifarişlə cinayət işinin açıldığını iddia edirdi. Aparılan ekspertizalar Qolunovun haqlı olduğunu ortaya qoydu və hazırda bu məsələ ilə bağlı Rusiya polis sistemində gurultulu istefaların olacağı gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:30 Bu şəxslər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək Nazirlər Kabineti “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Mediaxeberleri.az -ın məlumatına əsasən, Qaydaya əsasən müvafiq peşə üzrə təhsil standartları və proqramları (kurikulumları) əsasında ixtisaslı işçi kadr hazırlığı aparan və müvafiq lisenziyası olan bələdiyyə və özəl peşə
12:00 "Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat
07:52 Azərbaycan polisinin peşə bayramı bölgələrdə təntənəli şəkildə qeyd olunur Qazaxda Azərbaycan polisi günü ilə əlaqədar təntənəli toplantı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteran polis əməkdaşları, şəhid olmuş polis ailələrinin üzvləri, onların doğmaları və
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az