t s

» » Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

11-06-2019, 21:48 Yazar:  Azad Baxılıb: 74 Çap et
Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq
Azərbaycan və Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı haqqında sənəd imzalanacaq.

Bu barədə məlumat Gürcüstan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində paylaşılıb. Qeyd olunub ki, sənədin imzalanması Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin iyunun 12-də Qəbələdə keçiriləcək üçtərəfli görüşü çərçivəsində baş tutacaq. Sənədi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və gürcüstanlı həmkarı Levon İzoria imzalayacaq.

Gürcüstanın Müdafiə naziri Levon İzoria Türkiyə milli müdafiə naziri Hulusi Akarla ikitərəfli görüşəcək. Görüşdə Gürcüstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələri haqqında müzakirələrin aparılacağı bildirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra üçtərəfli formatda görüş baş tutacaq və regional təhlükəsizlik məsələləri, həmçinin müdafiə sahəsində əməkdaşlıq əlaqələri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşü 2012-ci ildən etibarən keçirilir. Qəbələdə baş tutacaq görüş nazirlərin sayca 7-ci görüşüdür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:30 Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir - FOTOLAR Azərbaycanda ilk dəfə olaraq 11 – 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu
13:56 Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü: Bakı Bəyannaməsi qəbul olundu - YENİLƏNİB Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib. Mediaxeberleri.az-ın məlumatına görə, sənəddə dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud
10:13 Müdafiə nazirlərinin Qəbələ görüşündə mühüm anlaşma Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək Qabil Hüseynli: “3 ölkənin strateji münasibətləri daha ciddi şəkil almaqdadır” Mayın 15-də Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib. Azərbaycanın müdafiə naziri,
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
00:55 3 ölkə Ermənistana mesaj verdi "Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər" Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az