t s

» » Ağstafada quruculuq işləri geniş vüsət almışdır

Ağstafada quruculuq işləri geniş vüsət almışdır

11-06-2019, 20:52 Yazar:  Aytən Məmmədli Baxılıb: 53 Çap et
Ağstafada quruculuq işləri geniş vüsət almışdır
Ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən ölkədə qeyrineft sektorunun inkişaf etdirilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi paytaxt Bakı ilə yanaşı bölgələrdə də uğurla icra edilir. Respublikanın qərb bölgəsində yerləşən Ağstafa rayonunda hazırda kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı geniş vüsət almışdır.

Mediaxeberleri.az
xəbər verir ki, rayonda quruculuq-abadlıq işlərinin qızğın çağıdır. Sakinlərin rahat gediş-gəlişi üçün yolların yenidən qurulması işləri davam etdirilir. Ağstafa şəhərinin Şıxəli Qurbanov və Müslüm Maqomayev küçələrində asfalt salınması davam etdirilir. Şəhərin M.Rəsulzadə küçəsinin genişləndirilməsi, dekorativ hasarların hörülməsi və səkilərin quraşdırılması həyata keçirilir.

Gəncə-Qazax avtomobil yolu ilə Heydər Əliyev prospektinin kəsişdiyi hərəkəti tənzimləyən dairə yenidən müasir standartlara uyğun olaraq qurulur. Eyni zamanda, Gəncə-Qazax avtomobil yolunun Ağstafa şəhərindən keçən hissəsində piyadalar üçün səki quraşdırılır. Əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün park və xiyabanlarda da genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında fəvvarələr əsaslı təmir olunur, dekorativ ağaclar və qazonlar əkilir. Bundan başqa vağzalyanı parkda da əsaslı təmir işləri həyata keçirilir. Yaxın zamanlarda şəhərdə çoxmənzilli binaların təmiri və həyətlərin asfaltlanması işinə start veriləcəkdir. Ağstafada rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir.

Rayonda ixracyönümlü məhsulların istehsalında dinamik artım müşahidə olunur. Fermerlərə yaradılan münbit şərait, dövlət tərəfindən verilən subsidiyalar və kənd təsərrüfatı texnikaları ilə təminat aqrar sahənin sürətli inkişafına zəmin yaradır. Rayon ərazisində 21504 ha əkinəyararlı torpaq sahəsi vardır. Bunun 18274 hektarı suvarılan əkin sahəsidir. Cari ilin məhsulu üçün 10360 ha sahədə taxıl bitkisi əkilmişdir. 4379 ha sahədə digər kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır.

Əkin-biçinin optimal müddətdə həyata keçirilməsi üçün rayonda fəalliyyət göstərən “Ağstafa Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müxtəlif növ müasir kənd təsərrüfatı texnikasından istifadə olunmuşdur. Bu da rayonda məhsuldarlığın artmasına stimul vermişdir. Yüksək məhsuldarlığın əldə olunması birbaşa suvarma suyundan asılıdır.

Ağstafaçay Hidroqovşaq İstismar İdarəsinin balansında olan su anbarının həcmi 120 milyon kubmetrdir. Hazırda dəryaçada 61 milyon kubmetr suvarma suyu mövcuddur. İdarə tərəfindən cari ildə 6 ədəd hidrotexniki qurğu, 3 ədəd hidropost, 1 ədəd sel ötürən, 2 ədəd suayrıcı qurğu, eləcə də kanallarda lildən və kolkosdan təmizləmə və başqa işlər aparılmışdır. Ağstafa Suvarma Sistemləri İdarəsi də öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, mənbələrdən götürülən suvarma suyu itkisiz olaraq əkin sahələrinə çatdırılmış, 3695 ha ərazi suvarılmışdır. İdarə tərəfindən R-3 kanalı əsaslı təmir olunmuş, 7 ədəd hidrotexniki, 2 ədəd hidropost, 1 ədəd nasos stansiyası təmir olunmuş və 1,5 km kanalda cari təmir işləri aparılmışdır. Rayonda yeyinti və sənaye məhsulları istehsal edən müasir standartlara cavab verən müəssisələr yaradılır ki, bu da ölkədə ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı insanların işlə təminatında da mühüm əhəmiyyət kəsb edir.

Rayonda “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının tikintisi işlərinə 2015-ci ilin martında başlanılıb. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır. Layihə çərçivəsində saatda 1,0 ton istehsal gücü olan çörək və yarım fabrikatlar sexi, saatda 25,0 ton istehsal gücü olan toxum istehsalı zavodu 30,0 min tonluq taxıl, 2,0 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli Fast-food iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılıb.

Ümumi sahəsi 2,0 min kvadratmetr olan Fas-food iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin İxracat krediti Sığorta agentliyinin (Fuler Hermes), “Landesbank Baden-Wuerttemberg” dəstəyi ilə “Ağstafa Aqroservis”in II mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisinə 39,0 milyon avro vəsait ayrılıb. Bu layihəyə 6,0 min ha torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30,0 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4048 kvadratmetr olan toxum emalı müəssisəsi, istehsal gücü saatda 5,0 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5,0 ton olan çörək və çörək məmulatları zavodu, marketinq, satış və eyni zamanda 200 nəfərə xidmət edən “Fas-food” iaşə xidməti sistemi və özündə istehsal və emal sahələrini birləşdirən böyük aqroparkın təsis edilməsi ilə bölgədə ən böyük taxılçılıq təsərrüfatının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalında və torpaqların istifadə edilməsində mühüm təşviq təsirinin olması daxildir.

Layihə vətandaşlara regiona uyğunlaşdırılmış taxıl toxumunun emalı, yerli taxıl sortlarından alınan un istehsalının tənzimlənməsi, əhalinin un, çörək və çörək məmulatları ilə təchiz edilməsi, regionda qaba yem istehsalı probleminin həll olunmasına köməklik edəcək. İstehsal və emal olunan məhsullar həm yerli bazarın tələbatının ödənilməsinə, eləcə də ixrac üçün nəzərdə tutulur. Layihə hazır olduqda 240 nəfər işlə təmin ediləcəkdir. Ağstafa taxıl və un məmulatları kombinatı layihəsinə daxil olan toxum emalı müəssisəsinin tikinti işləri başa çatmaq üzrədir. Layihəyə daxil olan digər istehsal və emal müəssisələrinin tikinti işləri xeyli sürətləndirilmişdir. Tikinti işlərinin mərhələlərlə yaxın aylarda yekunlaşması nəzərdə tutulur.

Bundan başqa Ağstafada “Karvan-L” EKO sənaye parkı fəaliyyətə başlamışdır. Burada 12 müəssisə fəaliyyət göstərir. Polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Sənaye parkının layihəsinə uyğun istehsal gücü sutkada 500 kvadratmetr olan EKO KERAMİT zavodunun tikintisi başa çatmışdır. Hazırda müəssisənin istehsal etdiyi müxtəlif növ məhsulların satışı həyata keçirilir. EKO KERAMİT zavodunun ümumi dəyəri 3 milyon manatdan artıq olan layihəsi 6,10 hektar ərazidə 1 mərtəbəli olmaqla inşa edilmiş və hazırda müasir standartlara cavab verən avadanlıqların yerləşdirilməsi prosesi davam edir. İstehsal gücü 1700 kvadratmetrə 20 min keramit, 1100 kvadratmetrə 20 min kərpic istehsal olunur. 4 ha ərazidə istixanalar fəaliyyət göstərir. İllik istehsal gücü 1200 ton pomidor, xiyar və digər tərəvəz məhsulları istehsal olunur.

Rayonda təhsil sahəsində də bir sıra infrastruktur layihələri həyata keçirilmiş və bu işlərin davam etdirilməsi nəzərdə tutulur. 2018-2019-cu tədris ilinə hazırlıq çərçivəsində Zəlimxan kənd tam orta məktəbində təmir işləri aparılaraq, dam örtüyü və pəncərələr dəyişdirilmişdir. Təhsil Nazirliyinin xətti ilə cari ildə H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəb quraşdılaraq, müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Qeyd etmək lazımdır ki, 2019-2023-cü illər üçün “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağstafa rayonunda 5 yeni məktəb binasının tikintisi, 4 məktəbin isə əsaslı təmiri nəzərdə tutulur. Bu proqram çərçivəsində artıq rayon mərkəzindən ən uzaq məsafədə yerləşən Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının tikintisi sürətlə davam etdirilir. Rayonda tədrisin keyfiyyətinin yüksəlməsi və şagirdlərin intellektual səviyyəsinin yüksəlməsi üçün mühüm işlər həyata keçirilir. Ağstafa şəhər 2 saylı tam orta məktəbində 9, 10, 11-ci sinif şagirdləri arasında respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilmişdir. Bu bilik yarışında iştirak edən 397 şagirddən 60-ı yarımfinal turuna vəsiqə qazanmışdır.

Rayonda insanların sağlamlığı da daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikanın hər yerində olduğu kimi Ağstafada da insanların pulsuz tibbi müayinədən keçirilməsi uğurla başa çatdırılmışdır. Rayon əhalisinin 52008 nəfəri tibbi müayinədən keçirilmişdir. Onlardan 45749 nəfəri sağlam, 5972 nəfər amblator müalicəyə cəlb olunmuş, 166 nəfər stasionar müalicə almış, 46 nəfərdə cərrahiyyə əməliyyatı aparılmışdır. 121 nəfəri ixtisaslaşmış tibb məntəqələrinə göndərilmişdir.

Bir sözlə, rayonda aparılan irimiqyaslı layihələr insanların maddi rifah halının yaxşılaşmasına zəmin yaradır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
20:31 Qazax: abadlıq və tərəqqi ünvanı Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az